Uşaqla səyahət – Nələri bilmək vacibdir?

Uşaqla səyahət – Nələri bilmək vacibdir?
Xəbərlər 4 Iyul 2018 10:07 746
Uşaqla səyahət – Nələri bilmək vacibdir?

Uşaqla səyahət – Nələri bilmək vacibdir?

Yay istirahət, qızmar günəş altında dincəlmək fəslidir. Bəzən bir çox insan kiçik uşaqlarla səyahət etməyin qorxulu və ya təhlükəli olduğunu düşünərək istirahət arzularını bir neçə illik təxirə salır. Bu istirahəti uşaqları ilə keçirib unudulmaz xatirəyə çevirmək istəyən valideynlərə xüsusi tövsiyələrimiz var:

Səyahətə gedirik:
“Balaca turist” çox azyaşlı deyilsə səyahət edəcəyiniz yer haqqında məlumat verin. Bu onda həm gedəcəyi yer, orada nələr edəcəyi, nələr görəcəyi barədə maraq oyadacaq, həm də öncədən ona maraqlı olan sualları vermək imkanı olacaq. Beləliklə, gedəcəyi yeri nəinki təsəvvür edəcək, eyni zamanda artıq onun dəqiq fikirləri də olacaq.

Rejimi pozmuruq:
Ailənizlə səyahət edərkən gedəcəyiniz yerin və saatın bütün ailə üzvlərinə uyğun olmasına çalışın. Səyahət saatının kiçik yaşlı uşaqların yatmaq vaxtına düşməyi həm övladınızın, həm də sizin rahatlığınıza  səbəb olacaq. Eyni zamanda, yola çıxarkən uşağınızın özünü rahat hiss edəcəyi geyimdə olması məsləhətdir.

Çamadanları yığırıq:
Uşaqla səyahət edərkən diqqət yetirilməli mövzulardan biri də özünüzlə aparacağınız əşyalardır. Ən rahat yol siyahı tutmaqdır. Bununla siz özünüzə mütləq lazım olan əşyaları götürüb, artıq yükdən xilas olacaqsınız. Gedəcəyiniz yerdə hava şəraitini öncədən yoxlamaq da işinizə yardımçı olacaq. Balacanın sevimli oyuncaqlarına və vərdiş etdiyi geyim və qidalara çamadanda yer ayırmağı unutmayın.

Məkanı seçirik:
Hoteli və ya gecələmək üçün seçdiyiniz evi müəyyən edərkən hər şeyi ətraflı düşünün. Burada azyaşlı uşaqlar üçün uyğun şərait olub-olmadığını, uşağın yaşına uyğun əyləncənin olduğunu öncədən bilmək işinizi asanlaşdıracaq. Məsələn, uşaqlar üçün ayrılmış xüsusi həyət, heyvanlardan ibarət guşə, hovuz və s. olarsa, onların oyun saatı, sizin də istirahətiniz daha maraqlı keçəcək.

Tətilimizi yaddaqalan edək:
Balacanın çox yorulmaması və tətildən onun da doyunca zövq alması üçün gün ərzində nə edəcəyinizi öncədən planlayın. Günün əvvəlində şəhər gəzintisi etmisinizsə, sonda sakit bir axşam yeməyi ilə günü sonlandırmaqla siz uğurlu və maraqlı gün keçirmiş olacaqsınız. Səyahətinizin yaddaqalan olması üçün uşağınızın səyahət təəssüratlarını rəsm olaraq çəkməyi və ya gündəlik kimi yazmağı istəyə bilərsiniz.

@nytimes.com

OXŞAR XƏBƏRLƏR