Azərbayanlıların Dubayda Novruz Bayramı

Qarşıdan gələn Novruz Bayramı Azərbaycan vətəndaşları üçün əlavə istirahət imkan yaradıb.
Xəbərlər 4 Fevral 2015 00:00 1343
Azərbayanlıların Dubayda Novruz Bayramı

Seyyah.az-ın məlumatına görə, ölkənin turizm şirkətləri bundan maksimum yararlanmağa çalışırlar. Belə ki, Azərbaycanın turizm şirkətləri Novruz bayramı günlərində dincəlmək üçün ölkə daxilinə və ölkə xaricinə turlar təklif edir. Şirkətlərdən fins.az-a verilən məlumata görə, Novruz Bayramını Azərbaycandan kənarda qeyd etmək istəyənlər İstanbulu, Dubayı, Avropa ölkələrini, hətta Sinqapur və Malayziya kimi ölkələri  seçə bilərlər.

Adambaşı 500 manatdan 1300 manata qədər

Novruz günlərində ölkə xaricində 1 həftə dincəlməyin qiyməti 1 nəfər üçün 500- 1300 manat arasındadır. Ən ucuz turlar İstanbul istiqamətindədir - 500-600 manat. Söhbət 3-4 ulduzlu otellərdə qalmaqdan gedir. İstanbulda 5 ulduzlu oteldə qalmaq istəyənlər isə 1000 manatdan keçməlidir.

Dubaya getmək istəyənlər isə adambaşına 700-800 manatdan 1000 manata qədər xərc çəkməlidirlər. Qiymətin konkret həddi oteldəki ulduzların sayından asılıdır. Məsələn, 4 ulduzlu Dubay səyahəti 1000 manata başa gəlir.

Avropada dincəlmək istəyənlər isə Çexiyanın paytaxtı Praqanı seçə bilərlər. Bu şəhərdə 5 günlük Novruz tətili keçirmək 800-850 manatadır.
Bakıdan xeyli uzaqda yerləşən Sinqapul, Malayziya kimi ölkələrdə isə 1 həftə vaxt keçirmək 1200-1300 manata başa gəlir.

Ölkə daxilində də dincəlmək olar

Novruz bayramı günlərində Azərbaycan daxilində dincəlmək istəyənlərə isə Qəbələ və Şahdağ turları təklif olunur. 1 günlük səyahət adambaşına 22-23 manatdır.

OXŞAR XƏBƏRLƏR