AST Telmanın oteli tanınmaz halda

AST Telmanın oteli tanınmaz halda
Xəbərlər 7 Iyul 2018 12:19 1043
AST Telmanın oteli tanınmaz halda

Azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyada 1,4 milyard dollara tikdirdiyi, borclarına görə müsadirə olunan “Mardan Palace” otelinin son görüntüləri yayılıb.

Səyyah.az turizm portalı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir vaxtlar dünya ulduzlarını qonaqlayan dünyanın ən lüks otellərindən olan “Mardan Palace”da hazırda  baxımsızlıq hökm sürür. 

Ötən ilin avqustundan qonaq qəbulunu dayandıran oteldə hazırda sadəcə 30 nəfərdən ibarət təhlükəsizlik əməkdaşı var. Borca görə suları kəsilən otelin yaşıllıq sahələri məhv olub, orada saxlanılan heyvanların bir qismi isə ölüb. Misirdən xüsusi olaraq gətirilən 9 min tonluq qızılı qum isə yoxa çıxıb. 

 




OXŞAR XƏBƏRLƏR