Yaponların başqa planetli olduqlarını təsdiqləyən - 30 ŞƏKİL

Yaponların başqa planetli olduqlarını təsdiqləyən - 30 ŞƏKİL
Xəbərlər 7 Iyul 2018 22:43 10409
Yaponların başqa planetli olduqlarını təsdiqləyən - 30 ŞƏKİL

Yəqin hamı bilir ki, sumo Yaponiyada yaranıb. Bu ölkənin digər fərqi çiçəkləyən sakura ağacıdır. Yaponiyadan danışında innovasiyalı tualetlər və qeyri-adi dərəcədə dəqiq qatarları da unutmaq olmaz. Təzə yumurtaları isə burada hətta avtomatlardan almaq olar. Səyyah.az səyahət portalı sizi bu gözəl ölkənin heyranedici mədəniyyəti ilə yaxından tanış edir.  

İçki bankalarının üzərində yazılar Brayl şrifti ilə də (gğzdən əlillər üçün) yazılıb. 

Yapon azarkeşləri 2014-cü ildə futbol üzrə dünya çempionatının oyunundan sonra qalıblar ki, stadionu yığışdırsınlar. 

Yaponiyada ayaqyoluların əksəriyyətində divara uşaq oturacaqları bərkidilib. 

Doğum evlərindəki qadınları belə yedirdirlər. 

Yaponiyada belə tualetlər çoxdur - əlləri yuyandan sonra suyu unitaza buraxmaq olar. 

Yaponiyadakı lyuklər gözəldir. 

Yapon məktəblərinin əksəriyyətində xadimə yoxdur. Şagirdlər dərs aldıqlarına görə, təşəkkür etmək üçün məktəbi özləri yığışdırırlar. 

Kağızda yazılıb ki : «Mən təsadüfən sizin velosipedi aşırıb zəngini sındırmışam. Çox üzr istəyirəm»

Yaponiyada sürət qatarları çox yumşaq gedir. 

Osaka küçələrində itirdiyim paketi, qayıdandan sonra yaxınlıqdakı ağacın altından tam qaydasında olaraq tapdım. 

Tokioda sərnişinlər qatarı itələyərək platforma və vaqon arasında sıxılıb qalmış qadını çıxarırlar. 

Yapon tualetlərində su səsi çıxaran düymə var. Sizin burada nə etdiyinizi heç kim eşitmir. 

Koi balıqları burada hətta drenaj kanallarında yaşaya bilirlər. 

Yaponiyanı sevmək üçün daha bir səbəb

Qatarda oturacaqlar istənilən tərəfə fırlanırlar. 

Daha bir gözəl ixtira- çətirləri saxlamaq üçün yer. Ona görə də yaş çətirləri içəriyə gətirmək lazım deyil və heç kim də sizin çətiri "səhvən" götürməyəcək. 

Bu tualetdə görmək olar ki, hansı kabinələr tutulub, hansı yox. 

Tokioda sərnişinlər öz qatarlarını gözləyirlər. 

Yaponiyada heyvanlar da nəzakətlidir.

Aeroport işçiləri gedən təyyarəyə əl edirlər. 

Yapon aeroportlarında çemodanları rənginə görə bölüşdürürlər. 

Qatarların birində uşaq yeri

Liftdəki bu oturacaqdan lazım olarsa tualet kimi istifadə etmək olar. 

Yaponiyada 300 küçə kəsişməsi var ki, burada yolu diaqonal üzrə keçmək olar. 

Yapon oteli gecə saat 4-də İnternetin 1 dəqiqəlik kəsilməsinə görə üzr istəyir. 

Satış avtomatında təzə kənd yumurtaları da satılır. 

Yaponiyada kvadrat şəkilində qarpızlar satırlar ki, soyuducuya yaxşı yerləşsin. 

Yalnız Yaponiyada pul qabını beləcə ortada qoyub yatmaq olar. 

Burada tutacaqlar pilləkənin konturlarını xatırladır. 

Bəzi qatarlarda ayaq üçün xüsusi vannalar var ki, sərnişinlər yolda dincəlsinlər. 

 

OXŞAR XƏBƏRLƏR