Qubada kanat qırıldı - 1 ölü, 4 yaralı -FOTOLAR

Qubada kanat qırıldı - 1 ölü, 4 yaralı -FOTOLAR
Xəbərlər 9 Iyul 2018 14:32 953
Qubada kanat qırıldı - 1 ölü, 4 yaralı -FOTOLAR

Qubada 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib.

Səyyah.az turizm portalı xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi xəbərə görə, “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat bu saatlarda qırılıb. 

Kanatın qırılması nəticəsində avadanlıqda olan şəxslər zərblə yerə düşüblər. Otelin əməkdaşı, Quba rayon Amsar kənd sakini Rzayev Rüzgar Mürvət oğlu hadisə yerində həlak olub. 

Dörd yaralı isə xəstəxanaya yerləşdirilib. 

Yaralılardan iki nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1995-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu isə Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

 


OXŞAR XƏBƏRLƏR