Telman İsmayılovun otelinə müştəri çıxıb

Telman İsmayılovun otelinə müştəri çıxıb
Xəbərlər 11 Iyul 2018 13:55 634
Telman İsmayılovun otelinə müştəri çıxıb

Antalyanın Kundu turizm bölgəsində 2009-cu ildə əslən azərbaycanlı olan rusiyalı iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollar xərclənərək istifadəyə verilən, ancaq sonradan borcları səbəbindən "Xalq Bankası"na təhvil verilən "Mardan Palace Hotel"ə müştəri çıxıb. Türkiyə və xaricdə 9 oteli olan "Titanic Hotels" hərəkətə keçib. 

 Səyyah.az turizm portalının Türkiyə mətbuatına istinadən xəbər veri ki, "Titanic Hotels"in İdarə Heyətinin sədri Mehmet Aygünün otelin borc vəziyyəti və ödəmə planı ilə bağlı "Xalq Bankası" rəsmiləri və  iş adamı İsmayılov ilə xüsusi bir görüş keçirib. Görüşün müsbət keçdiyi bildirilir.
 
Məsələ ilə bağlı açıqlama verən "Titanic Hotel"in İdarə Heyətinin sədri Aygün, hazırda ikitərəfli görüşlər keçirdiklərini bildirərək, "Belə bir kompleksin bağlı qalmasına "içimiz cız" edir. Belə bir otelin bağlı qalmaması üçün "Titanic" olaraq görüşlər keçiririk. Ən qısa zamanda da bunu başa çatdıracağıq" deyib.
 
ADI DƏYİŞMƏYƏCƏK
Danışıqların müsbət yekunlaşması halında otelin aktiv hala gəlməsi üçün işə başlayacaqlarını qeyd edən Aygün, ad məsələsində bir dəyişikliyə getməyəcəklərini dilə gətirib. Aygün, "Bu günə qədər reklam edilmiş  "Mardan Palace"ın adını dəyişdirmək olmaz. Ancaq "Mardan Palace Titanic Group" şəklində ola bilər. Zərər edən oteli pul qazandıracaq hala gətirməyə çalışacağıq. Hamımıza xeyirli olsun" deyib.

OXŞAR XƏBƏRLƏR