Kosmosa turistik səfərlər başlayır — 300 min dollara

Kosmosa turistik səfərlər başlayır — 300 min dollara
Xəbərlər 13 Iyul 2018 14:02 895
Kosmosa turistik səfərlər başlayır — 300 min dollara

Kosmosa səfər etmək istəyənlər artıq arzularını reallaşdıra biləcəklər.

“New Shepard” kosmik gəmisi ilə kosmosa səfərə çıxmaq 200-300 min dollara başa gələcək. Bu barədə “Blue Origin” aerokosmik şirkətindən məlumat verilib.

Məlumata əsasən, milyarder Ceff Bezosa məxsus şirkət artıq gələn ildən bilet satışına başlayacaq.

Bir müddət əvvəl şirkət qısa zaman ərzində sərnişinlərə sınaq yürüşünə çıxacağını bildirmişdi. Bu kosmik gəmi Yerdən 100 km hündürlükdə səyahət edəcək. Sərnişin tutumu isə 6 nəfərlikdir. Artıq şirkət 8 sınaq uçuşu keçirib və uçuşlar uğurla başa çatıb.

OXŞAR XƏBƏRLƏR