AZAL-dan yenilik - “Ekonom premium”

“Azərbaycan Hava Yolları” martın 1-dən Bakı–Nyu-York–Bakı marşrutu üzrə müntəzəm reyslərində yeni xidmət sinfi – “ekonom premium” tətbiq edəcək.
Xəbərlər 10 Fevral 2015 00:00 957
AZAL-dan yenilik - “Ekonom premium”

Seyyah.az-ın "AZAL"-ın saytına istinadən məlumatına görə, “ekonom premium” xidmət sinfinin sərnişinləri üçün qeydiyyat ayrıca həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” tərəfindən Nyu-Yorka uçuşlar üçün istismar olunan “А-340” hava gəmisində “ekonom premium” sinfinin sərnişinləri ayrıca salonda, rahatlığına görə “biznes sinif” salonundakı oturacaqlardan fərqlənməyən rahat oturacaqlarda yerləşdiriləcəklər. “Biznes sinif” salonu ilə bənzərlik bununla məhdudlaşmır və bütün uçuş mərhələlərində xidmət prosesində bu üstünlükləri görmək mümkündür. Həmçinin uçuş boyu “ekonom premium” sərnişinlərinə fərdi xidmət göstəriləcək.

OXŞAR XƏBƏRLƏR