İstanbuldakı yeni aeroportdan ilk uçuş Bakıya olacaq

İstanbuldakı yeni aeroportdan ilk uçuş Bakıya olacaq
Xəbərlər 14 Iyul 2018 12:56 587
İstanbuldakı yeni aeroportdan ilk uçuş Bakıya olacaq

 

İstanbulda inşa edilən 3-cü hava limanından ilk uçuşların istiqaməti məlum olub.

FED.az xəbər verir ki, Türk Hava Yolları şirkətinin baş direktoru Bilal Ekşi bildirib ki, yeni aeroportdan ilk daxili uçuş Ankaraya, xarici uçuşlar isə Azərbaycan ve Şimali Kipr Türk Cümhuriyyətinə ediləcək.

Şirkət rəhbəri yeni aeroportun işə düşməsi ilə bağlı THY-nin yeni işçilərə tələbatını da açıqlayıb. Onun sözlƏrinə görə, İstanbul Yeni Hava limanının fəaliyyətə başlaması ilə yer xidmətləri göstərən «Turkish Ground Services» şirketinə 600 nəfər, THY-nin özünə isə 3 min nəfər işçi tələb olunacaq.

OXŞAR XƏBƏRLƏR