AZAL internet səhifəsində bilet satışını dayandırıb

AZAL internet səhifəsində bilet satışını dayandırıb
Xəbərlər 14 Iyul 2018 13:06 650
AZAL internet səhifəsində bilet satışını dayandırıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) vətəndaşlara müraciət edib. 

"Report"un məlumatına görə, müraciətdə bildirilir ki, aviaşirkətin www.azal.az ünvanında yerləşən internet səhifəsində bilet satışı dayandırılıb. 

"AZAL-dan birbaşa asılı olmayan bir sıra texniki problemlərlə əlaqədar olaraq hazırda www.azal.az saytında aviabiletlərin satışı müvəqqəti olaraq qeyri-mümkündür", - deyə müraciətdə qeyd olunub.

OXŞAR XƏBƏRLƏR