3500-5000 manat alıb istirahətə gedirlər

3500-5000 manat alıb istirahətə gedirlər
Xəbərlər 14 Iyul 2018 13:11 660
3500-5000 manat alıb istirahətə gedirlər

 

Sabah - iyulun 15-də Milli Məclisinin deputatları tətilə çıxacaqlar.

Səyyah.az turizm portalı xəbər verir ki, fed.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.

“Deputatın statusu haqqında" qanunun 29-cu maddəsinə ( Deputatın məzuniyyəti) əsasən, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Milli Məclisin sədri 4950 manat, Milli Məclis sədrinin I müavini 4454 manat, Milli Məclis sədrinin müavini 4206 manat, sıravi deputatlar isə 3464 manat müavinət alacaqlar.

Tətil müddəti avqustun 30-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR