Leysan Pekin aeroportunu iflic etdi - 650 reys ləğv edildi

Leysan Pekin aeroportunu iflic etdi - 650 reys ləğv edildi
Xəbərlər 17 Iyul 2018 11:03 426
Leysan Pekin aeroportunu iflic etdi - 650 reys ləğv edildi

Çinin paytaxtı Pekinin "Şoydu" beynəlxalq hava limanında təxminən 650 reys ləğv edilib, 129-u isə yubanır.

Səyyah.Az turizm portalı trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınmasına və yubanmasına səbəb Çinin paytaxtında bir neçə gün davam edən leysan yağışları olub.

Yerli vaxtla saat 12:30 üçün 364 reysin uçuşu ləğv edilib, 113 reys isə yubanır. Eyni zamanda, 279 reysin hava limanına gəlişi ləğv edilib, 16-sı isə yubanır.

Pekinin meteoroloji bürosu bəzi rayonlarda "göy" və "sarı" təhlükə səviyyəsini elan edib. Şəhər ərazisində hava şəraiti ilə əlaqədar olaraq, bu gün 133 turist obyekti fəaliyyət göstərməyəcək.

OXŞAR XƏBƏRLƏR