Müğənni Günel Zeynalova Qazaxıstanda səfərdə olarkən qaldığı "Rixos Otel"də xoşagəlməz hadisələrlə üzləşib.
Səyyah.az turizm portalı baku.ws-ə istinadən xəbər verri ki, ifaçı əvvəlcə çemodanını itirib, daha sonra isə içərisində pul və sənədləri olan çantası oğurlanıb.
Günel başına gələnləri sosial şəbəkə izləyicilərilə bölüşüb: "Heç kim maraqlanmır. Deyirlər ki, bizi maraqlandırmır. Müdir isə evində yatır və oyanmır. Qazaxıstana gəldiyim andan başıma gəlməyən qalmadı. "Rixos"u biabır edəcəm. Polis çağırdım, onlar maraqlanacaqlar. Biabırçılıqdır. Çantamı tapıb, içindəki pulları da götürüb sayıblar. Kameralara baxmağımıza icazə vermirlər".