Misir 400 min dollara vətəndaşlıq verəcək

Misir 400 min dollara vətəndaşlıq verəcək
Xəbərlər 18 Iyul 2018 11:53 916
Misir 400 min dollara vətəndaşlıq verəcək

 

Misir parlamenti qanunvericiliyə dəyişiklik edərək müəyyən məbləğdə investisiya yatıran əcnəbilərin müraciət edəcəyi təqdirdə, Misir vətəndaşlığı almasına imkan yaradıb.

FED.az xəbər verir ki, bunun üçün əcnəbi vətəndaşın Misir dövlət xəzinəsinə 7 milyon Misir funtu (təxminən, 400 min dollar) sərmayə yatırması zəruridir. Özü də müraciətləri birbaşa Misirin daxili işlər naziri nəzərdən keçirəcək.

Hələlik depozitin yatırılması mexanizmi və hansı bankların investorların pulunu ala biləcəyi, eləcə də Misir vətəndaşlığının əldə edilməsinin əcnəbilərə nə kimi üstünlüklər qazandıracağı məlum deyil.

OXŞAR XƏBƏRLƏR