"AZAL" dünyanın ən yaxşı 100 aviaşirkəti arasında

"AZAL" dünyanın ən yaxşı 100 aviaşirkəti arasında
Xəbərlər 18 Iyul 2018 14:53 414
"AZAL" dünyanın ən yaxşı 100 aviaşirkəti arasında

"Azərbaycan Hava Yolları" QSC (AZAL) dünyanın 100 ən yaxşı aviaşirkətinin siyahısında yer alıb. 

 

  Səyyah.az turizm portalı xəbər verir ki, bu barədə məlumat "World Airline Awards" saytında dərc edilib. Siyahıda AZAL 58-ci yerdə qərarlaşıb. Dünyanın ən yaxşı aviaşirkəti "Singapore Airlines" olub. 2-ci yeri "Qatar Airways", 3-cü yeri isə "ANA All Nippon Airlines" (Yaponiya) tutub. "Türk Hava Yolları" şirkəti siyahıda 18-cidir.

Ən yaxşılar arasında "Aeroflot" (Rusiya), "Air Astana" (Qazaxıstan), "Thai Airways” (Tayland), "Lufthansa” (Almaniya) və s. şirkətlər də var. Qeyd edək ki, reytinq cədvəlini Böyük Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərtib edib. @qaynarinfo

OXŞAR XƏBƏRLƏR