Vüsal Hüseynov: Ölkəmizə gələn əcnəbilərin sayında 10 faizdən çox artım var

Vüsal Hüseynov: Ölkəmizə gələn əcnəbilərin sayında 10 faizdən çox artım var
Xəbərlər 19 Iyul 2018 15:08 516
Vüsal Hüseynov: Ölkəmizə gələn əcnəbilərin sayında 10 faizdən çox artım var

Xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiyası ilə bağlı 640 şəxs barəsində 322 sorğu daxil olub.

   Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib. Səyyah.az turizm portalının fins.az-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmətin rəisi Vüsal Hüseynov deyib. Vüsal Hüseynov bildirib ki, bu ilin 6 ayı ərzində 1324075 halda 827352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da ölkəyə gələn əcnəbilərin sayında 10 faizdən çox artım olduğunu göstərir. DMX rəisinin sözlərinə görə, hesabat dövründə 347767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb və bu rəqəm 1859 olub.

OXŞAR XƏBƏRLƏR