“15 gün ərzində Azərbaycan sərhədindən 103 min nəfər keçmişdi”

“Azərbaycana hər il təqribən 2,4 – 2,5 milyon əcnəbi turist gəlir. Onlardan 600-800 min nəfəri Rusiyanı təmsil edir”.
Xəbərlər 12 Fevral 2015 00:00 688
“15 gün ərzində Azərbaycan sərhədindən 103 min nəfər keçmişdi”

Seyyah.az “Marja”-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm Departamentinin rəisi Aydın İsmiyev RİA-Novosti agentliyinə müsahibəsində bildirib.

“Azərbaycanın qonaqlarının çoxu yenə rusiyalılardır” sərlövhəli müsahibəsində qeyd edib ki, Ölkəmizə əsas turist axını məhz Azərbaycanla həmhüdud ölkələrdən gəlir. Sonrakı yerləri Avropa və Cənub-Şərqi Asiya ölkələri tutur. Azərbaycanın qonaqları arasında ən çoxsaylı qrup Rusiyadan olan turistlərdir. Bunun əsas səbəbi etnik turizmdir, çünki Rusiyada yaşayan, Rusiya pasportları almış soydaşlarımız mütəmadi olaraq Azərbaycana - öz qohumlarına baş çəkməyə və ya tətilə gəlirlər.

“EVROVİSİON”DA 50 MİN QONAQ GƏLMİŞDİ

Tarixdə ilk Avropa Oyunları dövründə Bakıya gələcək turistlərin sayı barədə sualın cavabında A.İsmiyev deyib: “İnsanlar bu Oyunlara çox böyük maraq göstərirlər. Hətta idmançıları və məşqçiləri nəzərə almasaq belə, həmin dövrdə ölkəmizə turist axınının xeyli artacağını gözləyirik. Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsi keçirilərkən təkcə ölkənin paytaxtına 50 minə yaxın qonaq gəlmişdi. Onlardan 6-7 mini müsabiqənin iştirakçıları və müxtəlif nümayəndə heyətlərinin üzvləri idi. Belə bir məlumat var ki, mahnı müsabiqəsinin keçirildiyi 15 gün ərzində Azərbaycan sərhədindən keçmiş insanların sayı 103 min nəfər olub, halbuki adi vaxtda bu göstərici 30-40 min nəfər həddində olur”.

Departamentin rəisi xatırladıb ki, Azərbaycan hökuməti ölkəmizə gələn qonaqların sayını artırmaq xatirinə viza verilməsi qaydasını sadələşdirib. 2013-cü il martın 15-dən etibarən dünyanın istənilən ölkəsinin vətəndaşı heç bir problemlə üzləşmədən elektron viza rəsmiləşdirə bilər. Dünyanın 55 turizm şirkəti bu xidmət növündən istifadə etmək üçün zəruri kodlar alıb. Fiziki şəxslər isə bu cür vizanı yalnız akkreditə edilmiş turizm şirkəti vasitəsilə ala bilərlər. Həmin şirkət Azərbaycana onun vasitəsilə gələn insanlara görə məsuliyyəti öz üzərinə götürür. Bu cür vizanın qiyməti cəmi 20 dollar, səfirlik vasitəsilə alınan vizanın qiyməti isə 60 dollara yaxındır. Bundan əlavə, ölkəyə gəlmək üçün elektron viza alınması xeyli tez və asan başa gəlir.

OXŞAR XƏBƏRLƏR