Bakı sakinləri ən çox Türkiyəyə səyahət etmək istəyir.
Belə ki, "ACT Azerbaijan"ın keçirdiyi sorğuda iştirak etmiş paytaxt əhlinin təqribən dörddə biri (23 %) Kiçik Asiya dövlətinə səfər etmək istədiyini bildirib.
Digər ölkələrə maraq yetəri qədər azdır. Şimal qonşumuz Rusiyanı gəzmək istəyənlər 7 %-dir. Avropa ölkələrindən İtaliya (7 %), Fransa (7 %), Almaniya (6 %), İspaniya (3 %), Birləşmiş Krallıq (3 %), İsveçrə (2 %) və Norveç (2 %) səyahətsevərlərin diqqətindədir.
Qərb yarımkürəsindən ABŞ (6 %) və Kanada da (2 %) Bakı gəzəyənlərinin siyahısında yer alıb.
İsti və quraq iqlim bəyənənlər gəzmək üçün cənub ölkələrini seçib. Səhrasevənlər əsasən Səudiyyə Ərəbistanı (4 %), Misir (2 %), BƏƏ (2 %) gəzmək istədiklərini bildiriblər.
Gəzib dolaşmaq istədiyi ölkənin adını çəkməkdə əziyyət çəkənlər sorğuda 4 % səs toplayıb.
7 % respondent isə ümumiyyətlə səyahət etməyi sevmədiyini açıqlayıb.