"Forbes" Azərbaycanın turizmindən yazıb

"Forbes" Azərbaycanın turizmindən yazıb
Xəbərlər 21 Iyul 2018 13:07 585
"Forbes" Azərbaycanın turizmindən yazıb

Nüfuzlu "Forbes" nəşri Azərbaycanda turizm və onun potensialı barədə geniş məqalə dərc edib.

Səyyah.az turizm portalının finans.az-a istinadən verdiyi xəbərə görə məqalədə neftin qiymətinin aşağı düşməsindən sonra Azərbaycanın qeyri-neft sektorunun inkişafına, o cümlədən turizmin inkişafına daha çox diqqət aylırmağa başladığı qeyd olunur.

"Azərbaycanın turizm potensialı Xəzər dənizinin sahillərindən tutmuş piyada yürüçləri üçün yollar və Qafqaz dağlarında xizək sürmək üçün yollara qədər çoxşaxəlidir. Azərbaycanda zəngin qastronomiya, Şərqlə Qərbin vəhdəti var, ölkənin nüfuzu sürətlə artır", - yazan nəşr 2018-ci ilin aprel ayında Dövlət Turizm Agentliyinin yaradıldığını da qeyd edib.

Məqalədə həmçinin Bakı, Qəbələ, Şəki, Lahıcın əsas görməli yerləri barədə məlumatlar da verilib.

OXŞAR XƏBƏRLƏR