“Hilton"dakı 1,8 milyonluq mənzil satılıb

Mənzilin yeni sahibi tanınmış iş adamıdır
Xəbərlər 12 Fevral 2015 00:00 1352
“Hilton"dakı 1,8 milyonluq mənzil satılıb

Yeni mənzil satışa çıxarıldı. “Hilton Baku” otelində 1,8 milyon manata satışa çıxarılan mənzil alınıb.

Seyyah.az-ın AzVision.az-a istinadən məlumata görə, mənzilin yeni sahibi tanınmış iş adamıdır. Onun kimliyi isə hələlik açıqlanmır.

Hazırda oteldə daha bir yeni mənzil satışa çıxarılıb. 20 mərtəbəli “Hilton Baku”nun 13-cü mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 220 m2 təşkil edir. 3 otaqlı mənzil 2,5 milyon manata təklif olunur. Mənzilin dəniz mənzərəli olduğu bildirilir.

Qeyd edək ki, “Hilton Baku” hələlik mənzil təklif edən yeganə paytaxt mehmanxanasıdır. Belə mənzillər “Flame Tower” otelində var, amma bu binada mənzillər hələ satışa çıxarılmayıb.

OXŞAR XƏBƏRLƏR