Bakı rusiyalılar arasında yay tətili üçün birincidir

Bakı rusiyalılar arasında yay tətili üçün birincidir
Xəbərlər 24 Iyul 2018 10:21 498
Bakı rusiyalılar arasında yay tətili üçün birincidir

Bakı Rusiya vətəndaşları arasında yay tətili üçün ən populyar istiqamətlər siyahısının zirvəsində qərarlaşıb.

Səyyah.az turizm portalı report-a istinadən xəbər verir ki, "TurStat" analitik agentliyinin məlumatına görə, ilk "üçlüy"ə həmçinin Minsk və Almatı daxildir.

Azərbaycan paytaxtı həmçinin həftəsonunun keçirilməsi və alış-veriş üçün istiqamətlər reytinqində də birinci olub.

Ən ucuz yay turları Kişinyov və Bişkekdədir.

Agentliyin məlumatına görə, rusiyalı turistlər MDB ölkələrinin şəhər və kurortlarında istirahət üçün sutkada orta hesabla 50-100 dollar xərcləyirlər.

OXŞAR XƏBƏRLƏR