Səyyah.az turizm portalı azərbaycanlı səyyah Zakir Bayramovun ABŞ-da turist kimi keçirdiyi günlərdən şəxsi təcrübəsini bölüşür.
Trip planımız belə oldu:
İlk növbədə uçduq Los Angeles istiqamətinə, amma bu şəhəri axıra saxladığımız üçün maşınımızı götürdük (3 həftə üçün 650$) yollandıq Las Vegasa. Çox maraqlı və rəngarəng şəhərdir, burada heç cürə darıxmaq mümkün deyil. Qeyd edim ki, ABŞ-da az şəhərə rast gəlmək olar ki, orda otellerin qiymətləri normal olsun, Las Vegas o barədə cənnətdir, 4-5 ulduzlu otellerin günü 80-150$ arasında dəyişir. 3 gün qalandan sonra yollandıq Grand Canyon-u görməyə, Las Vegasdan 4-4,5 saatlıq yol idi. Nəzərə alın ki, isti burada 42-48 dərəcə olur, amma quru isti. Axşam catdıq Grand Canyon parkına. Burda maşının girişi üçün 80$ ödədik, amma bu bileteətəand Canyon ətrafı bütün milli parklara giriş daxildir(ayrica istəməsəniz 30$-a bir həftəlik adi Grand Canyon girişi də ala bilərsiniz. Səhər durduq və qərara gəldik ki, Canyonları Havadan helihopter ilə seyr edək(qiymətlər müxtəlifdir 159$-1500$). Sonra yolumuzu tutduq Antelope Canyon yerləşən Page şəhərinə. Yol cox maraqlıdır ve o yol üzərində gördükləriniz sizi həqiqətən də heyran edə biləcək. Mutləq şəkildə Horseshoe Bend-i görün, yəni, onu görməsəniz ordan qayıtmayın. Bunları görəndən sonra qayıtdıq yenə Las Vegasa. Hələ ki, burdayıq, sabah yola deşəcəyik Yosemite parka, ordan San Francisco, 4 gun orda, düşəcəyik aşaği Santa monika, Santa Barbara və sonunda Los Angeles.


