15 günlük Avropa turuna sizdə qatılın - Milan, Paris, Amsterdam, Strasburq...

15 günlük Avropa turuna sizdə qatılın - Milan, Paris, Amsterdam, Strasburq...
Xəbərlər 26 Iyul 2018 17:17 1031
15 günlük Avropa turuna sizdə qatılın - Milan, Paris, Amsterdam, Strasburq...

Turizm şirkəti Avropaya 14 gecə 15 günlük səyahət turu təşkil edir.

 Təşkil olunan tur 10 avqust baş tutacaq və qiyməti 1174 avrodur.

Paketə isə aşağıdakılar daxildir:

3* Otellərdə yerləşmə Səhər yeməyi Bakı-Milan-Bakı Birbaşa uçuş (AZAL)

Aeroport-Otel-aeroport qrup transferi

Rusdilli bələdçi ilə proqram üzrə transfer xidməti

Rusdilli bələdçi ilə ekskursiyalar: Paris(2 saat), Brüssel( 2 saat),Amsterdam(2 saat),Milan(2 saat)

Qrup nümayəndəsi ilə gəzintilər: SanMarino,Frankfurt na Mayne,Münhen

1-ci gün.

Milan Aeroportda şirkət nümayəndəsi tərəfindən qarşılama.Oteldə yerləşmə.Asudə vaxt.Oteldə gecələmə.

2-ci gün.

Milan Oteldə səhər yeməyi.Asudə vaxt. Oteldə gecələmə.

3-cü gün

Milan Oteldə səhər yeməyi. Rusdilli gidlə şəhərin tarixi mərkəzinə ümumi ekskursiya-Katedral məbədi,Sforsesko qəsri,məşhur La-Skala teatrı,II Viktor Emanuelin dünyaca məşhur ticarət qalereyası.Asudə vaxt. Fakultativ olaraq İzola Bella adasında yerləşən Borromeo sarayı ilə birgə İtaliyanın ən gözəl və məşhur göllərindən biri Madjoreyə ekskursiya.Oteldə gecələmə.

4-cü gün.

Strasburq Oteldə səhər yeməyi. Strasburqa köçmə."Birləşmiş Avropa paytaxtı"- inanılmaz gözlə və əla qorunub saxlanılmış qədim şəhər. Strasburqun tarixi mərkəzi Reynə axan İl çayının əmələ gətirdiyi adada yerləşir.Oteldə yerləşmə. Asudə vaxt. Oteldə gecələmə.

5-ci gün.

Paris Oteldə səhər yeməyi. Parisə köçmə. Şəhər üzrə avtobusla ekskursiya, siz burada Luvr,Bastiliya meydanı,Opera,Notre Dame Katedralı və Parisin digər abidələrini görə biləcəksiniz.Asudə vaxt. Fakultativ olaraq Notre Dame və Latın kvartalına ekskursiya.Oteldə yerləşmə. Fakultativ olaraq "Paris Gecə yarısı" ekskursiyası.Oteldə gecələmə.

6-cı gün.

Paris Oteldə səhər yeməyi. Asudə vaxt, istəyə uyğun olaraq günün birinici yarısında Monmantr və Versal sarayına fakultativ ekskursiya. Günün ikinci yarısında isə dünyaca məşhur Luvr muzeyinə fakultativ ekskursiya. Bundan başqa fakultativ olaraq Mulen Ruj kabaresində və ya Lidoda gece şousu təklif edilir. Oteldə gecələmə.

7-ci gün.

Brüssel Oteldə səhər yeməyi.Brüsselə köçmə.Brüssel-Flandriyanın fransızdilli əhalisinin yerləşdiyi və işğalçılara etirazın tarixi simvolu olan adadır. Şəhər ürək şəklindədir. 1979-cu ilədək Brüssel minillik tarix keçmişdir.Ümumi ekskursiya zamanı siz Avropanın ən gözəl meydanlarından olan Qran Plyas,Brüsselin simvoluna çevrilən Manneken Pis,Brüsselin daha bir simvolu sayılan məşhur Atomium,müqəddəs Sablon kilsəsi kimi abidələri görə biləcəksiniz. Amsterdam ətrafı otellərdə yerləşmə.Oteldə gecələmə.

8-ci gün.

Amsterdam Oteldə səhər yeməyi.Amsterdama səyahət.Şəhərdə üzrə ekskursiya.Almaz fabrikini ziyarət.Əlavə olaraq Amsterdam kanallarına qayıqla fakultativ ekskursiya.Oteldə yerləşmə.Oteldə gecələmə..

9-cu gün.

Volendam-Zaanse Sxans Oteldə səhər yeməyi.Volendam və Zaanse Sxans şəhərlərinə fakultativ ekskursiya.Zaan sahillərini beş dəyirman əhatə edir.Onlar Zaanın məhsuldarlığının küləyin gücündən asılı vaxtlarını yada salır.Zaanse Sxans-açıq səma altında etnoqrafik muzeydir.Burada əhali əsrlərin adətlərinə əsaslanaraq yaşayır,milli geyimlər geyinir və ənənəvi yolla pendir hazirlayır. Mükəmməl qorunmuş binalar 17-18-ci illərin Holland həyatının bariz nümunəsidir. Bugün Volendam etnoqrafik turistik mərkəz, "əsl Holladiyanın" simvolu kimi məşhurdur. Hər il buraya 2 milyondan çox turist pəncərələri sərgi kimi bəzədilmiş kiçik milli evləri,qədim kilsələri,romantik küçələri,gözəl kanalları,körpüləri və məşhur limanları görməyə gəlir.Frankfurta köçmə.Oteldə yerləşmə.Asudə vaxt.Oteldə gecələmə.

10-cu gün.

Frankfurt-Münhen Oteldə səhər yeməyi.Bələdçi ilə şəhərin tarixi mərkəzinə səyahət.Münhenə köçmə.Şəhərin tarixi mərkəzinə bələdçi ilə səyahət.Asudə vaxt.Oteldə yerləşmə.Oteldə gecələmə.

11-ci gün.

(Noyşvanştayn qəsri)- Verona Oteldə səhər yeməyi.Fyussen şəhərinə köçmə.Şəhərdə asudə vaxt.Noyşvanştayn qəsrinə fakultativ səyahət.Möhtəşəm Noyşvanştayn qəsri haqqında qarlı Alp dağlarının yüksəkliklərində yerləşən gerçəkliyə çevrilən fantaziya, nağıllar qəsri kimi danışırlar. Qəsr sanki sümükdən hazirlanıb və reallıqdan çox arzuya bənzəyir.Bu indiyə kimi insan tərəfindən yaradılmış ən qeyri-adi tikilidir. Qəsr təkcə tarixi ilə deyil, həm də Wolt Disneyin "Yatmış gözəl" cizgi filmindəki qəsrin prototipi olması ilə məşhurdur. Veronaya köçmə.Oteldə yerləşmə.Asudə vaxt.Oteldə gecələmə.

12-ci gün.

Verona-(Venesiya) Oteldə səhər yeməyi.Veronanın mərkəzində asudə vaxt.Fakultativ olaraq Venesiyaya ekskursiya təşkil edilir.Milana köçmə.Milanda oteldə yerləşmə.Asudə vaxt.Oteldə gecələmə.

13-cü gün.

Milan Oteldə səhər yeməyi.Asudə vaxt.Oteldə gecələmə.

14-cü gün.

Milan Oteldə səhər yeməyi.Asudə vaxt. Oteldə gecələmə.

OXŞAR XƏBƏRLƏR