27-28-29 iyul üçün 5 MƏŞĞULİYYƏT

27-28-29 iyul üçün 5 MƏŞĞULİYYƏT
Xəbərlər 27 Iyul 2018 15:27 651
27-28-29 iyul üçün 5 MƏŞĞULİYYƏT

Bu həftə sonları bizi isti və ay tutulması gözləyir, hazırlaşmağı tövsiyə edirik:

Aylı cümə:

27 iyul Luna Projectdə meditasiya edəcək, tam ay tutulmasını izləyəcək və İsrailli musiqiçi, müasir trubadur Avi Adir və Amsterdamdan olan DJ Izabel musiqilərini dinləyəcəklər. Əyləncə axşam 19:00-da yoqa məşqləri ilə başlayacaq, 20:00-dan musiqi ilə davam edəcək.

Harada: Luna Project, Nobel pr.57

Nə vaxt: 27 iyul, 19:00

Qiymət: Bir nəfər üçün 10 manat

Mədəni gəzinti:

Əgər yeni mədəni təəssüratlar istəyirsinizsə, həftə sonları Türkiyədən olan rəssam Ozan Atalan və Azərbaycanlı rəssamlar İlkin Hüseynov və Ehtiram Cəbinin "Azar. Sevgi. Təbiət" sərgisinin keçirildiyi ARTIM-a yollanın. Sevgi, xəstəlik və təbiət mövzuları ilə sənətçilər, "təbii" və "süni" hesab etdiyimiz bölünmənin məqbul olub olmadığını araşdırırlar.

Harada: ARTIM, İçərişəhər, Böyük Qala küç.30 

Nə vaxt: 26-27-28 iyul, 12:00-20:00

Necə: Giriş sərbəstdir

Musiqili şənbə:

28 iyul Heydər Əliyev Mərkəzi parkında açıq səma altında diskoteka olacaq: MuzTV diskotekasınl DJ SHOCK başladacaq, Ani Lorak, A'Studio, EMİN, AİSEK, Ciqan, Band'eros və başqaları davam etdirəcəklər. Konsert iticket.az kassalarında öncədən qeydiyyatla pulsuzdur. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi mütləqdir. Biletlərinizi və diskotekaya giriş üçün şəxsiyyət vəsiqələrinizi unutmayın.

Harada: Heydər Əliyev Mərkəzi Parkı

Nə vaxt: 28 iyul, 18:00

Necə: Giriş qeydiyyatladır

28 iyul bulvarda da musiqi səsləri eşidiləcək, 20:00-dan 21:30-dək burada yeni albomdan mahnılar oxuyacaqalarını söz verən Ahmedowsky trio çıxış edəcək. Harada: Ağ Şəhər Bulvarı Nə vaxt: 28 iyul, 20:00-23:00 Necə: Giriş sərbəstdir Nə vaxt: 26-27-28 iyul, 12:00-20:00 Necə: Giriş sərbəstdir Musiqili şənbə: 28 iyul Heydər Əliyev Mərkəzi parkında açıq səma altında diskoteka olacaq: MuzTV diskotekasınl DJ SHOCK başladacaq, Ani Lorak, A'Studio, EMİN, AİSEK, Ciqan, Band'eros və başqaları davam etdirəcəklər. Konsert iticket.az kassalarında öncədən qeydiyyatla pulsuzdur. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi mütləqdir. Biletlərinizi və diskotekaya giriş üçün şəxsiyyət vəsiqələrinizi unutmayın.

Harada: Heydər Əliyev Mərkəzi Parkı

Nə vaxt: 28 iyul, 18:00

Necə: Giriş qeydiyyatladır

28 iyul bulvarda da musiqi səsləri eşidiləcək, 20:00-dan 21:30-dək burada yeni albomdan mahnılar oxuyacaqalarını söz verən Ahmedowsky trio çıxış edəcək.

Harada: Ağ Şəhər Bulvarı

Nə vaxt: 28 iyul, 20:00-23:00

Necə: Giriş sərbəstdir

28 iyul Hard Rock Cafe Bakuda sevdiyiniz rok musiqilərini sevimli Radio&Videonun ifasında dinləyə bilərsiniz.

Harada: Hard Rock Cafe

Nə vaxt: 28 iyul, 21:00-00:30

Necə: Giriş sərbəstdir

28 iyul mistik musiqi sevənlər də dinləməyə bir şey tapacaqlar Avi Adir fleyta və buzukada canlı çıxış edəcək. Konsert-meditasiya ürəyinizi açmağa söz verir. Giriş üçün qeydiyyat mütləqdir.

Harada: Yoga Shahi

Nə vaxt: 28 iyul, 19:00-20:30

Qiymət: Bir nəfər üçün 10 manat (qeydiyyatla)

Gecə-gündüz çimərlikdə:

28 iyulda sizi NOİZ çimərliyində The Sailing Federation of Azerbaijan məşqçiləri ilə birlikdə sörfinq öyrənməyə, voleybol oynamağa, musiqi dinləməyə, ocaq ətrafında oynamağa və hətta gecələməyə gözləyirlər, elə burada çadır, yuxu kisələri və matlar kirayə götürmək olar. Çimərliyə transfer avtobuslar Dəmiryol İdarəsinin qarşısındakı dayanacaqdan 13:00- da yola düşürlər.

Harada: NOİZ çimərliyi

Nə vaxt: 28 iyul, 14:00-dan

Qiymət: Giriş - bir nəfər üçün 10 manat, transfer - 5 manat

Film izləmək:

Nə isə etmək üçün çox istidir deyənlərə film izləməyi, məsələn Park Cinema Flame Towersə “Qeyri-mümkün tapşırıq: Nəticə” filmini ingilis və rus subtitrları ilə izləməyi məsləhət görürük, həm biliklərinizi inkişaf etdirər, həm də Tom Kruzun kaskadyorsuz etdiyi manevrlərini izləyərsiniz, o vertolyotla uçur, şassiyə bağlanan bir iplə tutunur, böyük bir sürətlə motosiklet idarə edir, maksimum hündürlükdə uçan təyyarədən atlayır.

Harada: Park Cinema Flame Towers

Nə vaxt: 27-28-29 iyul

 Necə: Biletləri saytda onlayn və ya kassadan almaq olar

Əgər fransızca öyrənirsinizsə 27 iyul Institut Français d'Azerbaïdjanda Fransua Ozonun özündə myuzikl, detektiv, dram və komediyanı birləşdirən "8 qadın" filmini izləməyə gedin. Filmi fransız dilində ingiliscə subtitrlə göstərəcəklər.

Harada: Institut Français d'Azerbaïdjan, Fizuli küç.67

Nə vaxt: 27 iyul, 19:00-20:45

Necə: Giriş sərbəstdir

©bakuafisha.az

OXŞAR XƏBƏRLƏR