Dünyanın ən böyük sərnişin gəmisi - “Sumphony of the Seas”

Dünyanın ən böyük sərnişin gəmisi - “Sumphony of the Seas”
Xəbərlər 27 Iyul 2018 15:47 900
Dünyanın ən böyük sərnişin gəmisi - “Sumphony of the Seas”

Hazırda dünyanın ən böyük sərnişin gəmisi “Sumphony of the Seas”-dir. Gəmi suda üzən bir adanı, yaxud şəhəri xatırladır.

6800 sərnişin tutumu olan gəmidə insanlara 2500 nəfərlik işçi heyəti xidmət göstərir. Hündürlüyü 72 m, uzunluğu isə 362 m olan “Sumphony of the Seas”ın içərisində 2775 adi otaq, 188 VİP otaq yerləşir.

Gəmi ilk səfərinə bu ilin aprelin 7-də İspaniyanın Barselona limanından start verib. Hazırda gəmi ilə turist turları həyata keçirilir. Avqustun 2-də başlayacaq 7 gecəlik Aralıq dənizi turu üçün qiymətlər belədir:

İnside  – 2 172 dollar

Oceanview – 1 868 dollar

Balcony – 2 268 dollar

Suite – 5 711 dollar

Fransanın “STX” şirkəti tərəfindən hazırlanan gəminin çəkisi 228.081 tondur.

OXŞAR XƏBƏRLƏR