Məqalədə Azərbaycanda qış istirahəti imkanlarından danışılır. Seyyah.az "AzərTAc"-a istihadən həmin yazını oxucularının diqqətinə təqdim edir.
X X X
Azərbaycanda aktiv qış istirahətini təsəvvürlərinə gətirə bilməyən adamlara bu gün bu ölkədə dünya səviyyəli “Şahdağ” dağ-xizək kurortunun fəaliyyət göstərdiyini eşitmək faydalı olar. Bu istirahət zonası əla yollara, keyfiyyətli qaldırıcı qurğulara, dəbdəbəli mehmanxanalara və müxtəlif SPA xidmətlərinə malikdir.
Ötən il Rusiya bəzi idarə nümayəndələri barədə beynəlxalq sanksiyalar və məhdudiyyətlərlə ağır oldu. Bu, bir çox aktiv qış istirahəti həvəskarı olan həmyerlilərimizi Rusiya dağ-xizək kurortlarına diqqət yetirməyə və digər ölkələrin qış turistik potensialını araşdırmağa sövq etdi.
Viza tələb olunmayan və turistik loyallığın qorunduğu populyar qış istirahəti istiqamətlərində isti iqlimli ölkələr üstünlük təşkil edir. Halbuki mövsümün ən soyuq vaxtında orada ancaq su xizəyi sürmək olar. Bu baxımdan rusiyalılara onların yaxın qonşusu olan Azərbaycan maraqlı və əlçatan görünəcək.
Doğma dilin üstünlüyü
Təqdim edə biləcəyi bütün Avropa xidmətlərinə baxmayaraq, “Şahdağ” kompleksinin həmyerlilərimiz üçün mühüm bir üstünlüyü var. Bu üstünlük həmin məkanda hər kəsin praktiki olaraq rus dilində danışması və Rusiya istehlakçısına istirahət üçün nəyin lazım olduğunu gözəl bilməsidir.
Xarici kurortun bu ödənişsiz xidmətini həmyerlilərindən kənarda istirahət etməyə üstünlük verənlər, xüsusilə birinci dəfə xizək və ya snouborda təkcə çıxmaq istəyənlər də dəyərləndirə bilərlər. Yeni gələn turistə yalnız onun doğma dilində danışan təlimatçı enişdə necə durmağı, hansı əzələ qrupunu gərgin saxlamağı, hara baxmamağı asanlıqla izah edə bilər. Belə müəllim turisti lazım olan halda nəinki güldürə, dəstəkləyə bilər, həm də enmənin ilk cəhdlərinin fotoşəklini çəkə bilər.
“Şahdağ”da təkcə təlimatçılar deyil, müxtəlif səviyyəli inzibatçılar, uşaq animatorları, ofisiantların və qapıçıların əksəriyyəti, başlıcası isə SPA mərkəzlərinin və tibbi müəssisələrin heyəti də rus dilində danışır. Elə olur ki, bəzən hətta ingilis dilini yaxşı bildiyi halda belə adam həkimə keçirdiyi ağrıları, allergiya yarada biləcək vasitələri məhz doğma dildə daha asan izah edir.
Yeri gəlmişkən, istirahət zamanı ingilis dilində danışmağa adət edənlər üçün də bu məkanda problem olmayacaq. Çünki kompleksdə xidmət göstərən yerli heyətə təcrübəli Avropa menecerləri kömək edirlər ki, onlar hər zaman mehmanxananın ictimai yerlərində olurlar.
“Şahdağ”ın qar imkanları
Kurort “Şahdağ”ın ətəyində yerləşir və bu dağın adını hərfi mənada, yəni, “Şah dağ” kimi də tərcümə etmək olar. Yer səthindən 4,24 min metr hündürlükdə olan bu dağ həqiqətən də sirli, əlçatmaz qalaya oxşayır. Dağın zirvəsi xizəkçilər deyil, alpinistlər tərəfindən fəth edilib. Lakin onun yamacları sürətli eniş həvəskarları üçün məşq bazasıdır.
Qafqazın bu yamacları qarla örtülsə də, külək və müsbət temperatur səbəbindən çox qalmır. Maraqlıdır ki, məhz belə şərait “Şahdağ”ı etibarlı tras baxımından sabit edir. Çünki onun yamaclarının süni örtükləri var.
Lazım olan hallarda süni qar buraxan qurğular bütün gecəni işləyəcək ki, sürətli eniş həvəskarları səhər havadan asılı olmayaraq qarla dolu yollara çıxa bilsinlər. Otellərin bu yollara baxan nömrələrinin eyvanlarının qarşısında gecələr qeyri-adi mənzərə yaranır. Xüsusi qar toplarından səmaya çovğunu xatırladan qar axını buraxılır. Bu qar axını projektorların işığında burulub qalxır və ətrafı ağ örtüyə bürüyür.
“Şahdağ” kompleksinin direktoru Emin Həşimov təbii qar üstündə sürüşməyi kəndarası yollarda, süni qar örtüyündə enişi isə yüksək səviyyəli avtobanda maşın sürməklə müqayisə edir. Lakin yamacın ratraklarla işlənməyən yerlərində belə süni qar ekstremal eniş üçün tam münasibdir.
“Şahdağ” ilk dağ-xizək kurortudur
“Şahdağ” kompleksi Azərbaycanda ilk dağ-xizək kurortu oldu. Bu kurortun özəlliyi ondadır ki, o, özəl sektor deyil, dövlətin təşəbbüsü və vəsaiti ilə yaradılıb. Belə miqyaslı layihənin təməli Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2009-cu ildə qoyulub. 2013-cü ilin yanvarında isə kompleks artıq ilk turistlərini qəbul edib.
Kurort Qusar rayonunun mərkəzindən 32 kilometr aralıda yerləşir. Kompleksin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdədir. “Şahdağ”ın ümumi sahəsi 2 min hektardan çoxdur.
Bakıdan bu dağ kompleksinə getmək üçün təxminən 200 kilometr məsafə qət etmək və buna 2,5-3,5 saat vaxt sərf etmək lazımdır. Lakin bu, paytaxt sakinlərini ruhdan salmır. Onların çoxu “Şahdağ”a ailələri və dostları ilə müntəzəm olaraq istirahət və bayram günlərində getməyə adət ediblər. Məhz belə vaxtda kurortun otelləri qonaqlarla tam dolu olur. Odur ki, kompleksin administrasiyası otaqları əvvəlcədən sifariş etməyi israrla tövsiyə edir.
Bu gün kompleksdə 3 ulduzdan “Luxury” kateqoriyasınadək beş mehmanxana – “Shahdag Hotel & Spa”, “Zirve Hotel”, “Gaya Residence”, “Pik Palace” və “Park Chalet” yerləşir. Burada eyni vaxtda 1166 qonaq qala bilər. Kurortun ərazisində 20 restoran, kafe, bar, həmçinin SPA, örtülü hovuz, uşaq meydançaları, kirayə məntəqələri, dağ-xizək idman məktəbi və digər obyektlər cəmləşib.
“Şahdağ”da qış mövsümü dekabr ayından aprelədək davam edir və bütün bu dövr ərzində kompleksin ərazisinin qarla örtülməsinə təminat verilir. Çünki burada 16 qar vuran qurğu işləyir.
On dörd trasdan ibarət sürüşmək zonasının ərazisinin ümumi sahəsi 128 hektardır. Bu ərazidə eyni saatda 11,4 min xizəkçi və snoubord həvəskarı istirahət edə bilər. Həmçinin 5 yaşıl, 5 göy, 4 qırmızı tras, fristayl üçün 2 zona qonaqların xidmətindədir. İstirahət edənlərə 11 qaldırıcı qurğu, o cümlədən 8 nəfərlik qondollar, dörd nəfərlik kürsü tipli, butel qaldırıcı qurğular, eləcə də uşaqlar və təzə başlayanlar üçün “sehrli xalça” transportyorları var.
İlin hər fəslində mənalı istirahət
“Şahdağ” kompleksi qış dağ-xizək bazası kimi fəaliyyətə başlasa da, hazırda onun haqqında məhz ilboyu fəaliyyət göstərən kurort kimi danışılır. Məsələ ondadır ki, istirahət kompleksi bütün istiqamətlərdə inkişafını davam etdirir. Kompleksin qış sürüşmə zonasının genişləndirilməsi ilə yanaşı, tezliklə özünün akvaparkı, etnoqrafik kəndi, tennis kortları, futbol, basketbol və voleybol meydanları, müxtəlif istirahət zonaları da olacaq.
Yayda istirahət edənlər üçün velosiped və at yürüşləri, alpinizm, paraşütlə tullanmaq, raftinq, kayakinq, dağ velosipedlərində gəzinti də əlçatan olacaq.
Kompleksin ərazisində tikinti başa çatandan sonra burada 60 kafe, restoran və yeni otellər fəaliyyət göstərəcək. Həmçinin 2,3 min metr hündürlüyündəki dağın zirvəsində “Mountain Top” restoranı açılacaq.
Azərbaycanlılar bu yeni kurort məkanını çox sevirlər
Yaxın vaxtlarda buraya Rusiyadan da ilk turistlər gəlib. Lakin “Şahdağ”da bizim ölkədən qonaqların daha çox olacağına ümid edirlər. Çünki Azərbaycanın dağlarında bircə dəfə olanlar ora dönə-dönə qayıdırlar.