Bakı çimərliklərində qiymətlər - 15 açıq hovuz

Bakı çimərliklərində qiymətlər - 15 açıq hovuz
Xəbərlər 1 Avqust 2018 11:05 8796
Bakı çimərliklərində qiymətlər - 15 açıq hovuz

Səyyah.az turizm portalı xəbər verir ki, fins.az həm yay istisindən gizlənmək, həm də dostlarla gözəl vaxt keçirmək üçün məkanların siyahısını hazırlayıb.

My Beach – uşaqlar və böyüklər üçün sevimli istirahət mərkəzidir.

Burada istirahət etmək istəyənlər həftə içi -20 manat, həftə sonu -25 manat ödəyərək giriş edə bilərlər. 0-6 yaş uşaqlar pulsuz, 6-12 yaş arası uşaqlar üçün qiymətlər -15 manat təşkil edir. Qiymətə böyüklər üçün hovuz, uşaq hovuzu, dalğa hovuz, atraksiyon( böyüklər və uşaqlar üçün), lejenka, döşək, dəsmal( 1manat yuyulması), dəniz qrağında besetkalar daxildir.  Dəniz ödənişsizdir amma Besetkalar – 20, Navesin altı – 15 manat, Tək lejenka 5 manat təşkil edir.

Dalga Beach – uşaqlar və böyüklər üçün sevimli istirahət mərkəzidir.

Bu kompleksin ərazisində 10 hovuz, 5 restoran, 7 bar, 6 fərqli su atraksiyonları, uşaq klubu, müxtəlif növ su idman növləri üçün olan hovuz, gündəlik oyunlar üçün yer və VIP hovuz vardır. Burada istirahət etmək istəyən Azərbaycan vətəndaşları həftə içi -35 manat, həftə sonu -50 manat ödəyərək giriş edə bilərlər. Xarici vətəndaşlar isə həftə içi -50 manat, həftə sonu -70 manat ödəməlidilər. 0-6 yaş uşaqlar pulsuz, 7-12 yaşlı uşaqlar üçün qiymətlər -15 manat təşkil edir. Bu məbləğə akvapark, lejenka, məhrəba və şkaf daxildir.

Bilgah Beach Hotel - Həftə içi və həftə sonu giriş qiymətləri.

Akvapark Böyüklər - Həftə içi 35 AZN – Həftə sonu 40 AZN Uşaqlar - Həftə içi 20 AZN – Həftə sonu 25 AZN Çimərlik Böyüklər - Həftə içi 40 AZN – Həftə sonu 50 AZN Uşaqlar - Həftə içi 20 AZN – Həftə sonu 25 AZN Kabana 2 nəfər - Həftə içi 50 AZN – Həftə sonu 75 AZN 4 nəfər - Həftə içi 100 AZN – Həftə sonu 150 AZN

Hotelin Akvaparkında qonaqları su təpələri, açıq hovuz, fontan və günəş vannalarının qəbulu üçün təchiz olunmuş yerlər gözləyir. Akvapark 11 müxtəlif su təpəsi təqdim edir: “Qara dəlik”, “Raftinq”, “Multi təpələr”, “Azad düşüş tuneli”, "Kamikaze", "Dalğa", açıq su təpələri, eləcə də uşaqlar üçün oyun meydançaları var. Akvaparkda, həmçinin, soyunub-geyinmə otağı, duş kabinlər və Waterpark kafesi var və 3 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Çimərliyə gəldikdə isə Bilgah Beach Bakıda lyuks sinfinə aid ilk çimərlikdir. Bu məkan təpəlikdə yerləşən otel 300 metrlik özəl çimərliyi ilə fəxr edə bilər. Çimərliyə həm piyada, həm də xüsusi lift ilə düşmək olar.

Af Hotel Novxani - Kompleks Bakıdan 21 km məsafədə yerləşir və çimərlik sahəsi, akvapark, bilyard zalı, bar, uşaq oyun mərkəzi, tennis kortu, fitnessmərkəz və SPA-dan ibarətdir.

Ancaq akvaparka qayıdaq: 4 hovuz, şezlonqlar və açıq sürüşkənlər həftə sonları qonaqlarla dolu olacaq, ona görə də buraya ən yaxşısı səhər gəlin və nahara isə yerli restoranlarda xaçapuri və ya kabab yeməyə gedin. Böyüklər üçün qiymət – 15 manat 3 yaşadək uşaqlar – pulsuz, 3-12 yaş – 10 manat.

Amburan Beach Club - sahillərimizin ən elit əyləncə mərkəzi və klublarından biri.

Çox gözəl hovuzlar, yüksək səviyyəli xidmət, təmiz və səliqəli sahil bu çimərliyin çoxsaylı üstünlüklərindən bir neçəsidir. Bura giriş haqqı isə Həftəiçi - 30 AZN, Şənbə və Bazar - 35 AZN-dir. Boyu 155 sm-dək və yaşı 12 çatmamış uşaqlar üçün giriş pulsuzdur. Qiymətlər 09.07.2018-ci il tarixindən etibarlıdır.

Sea Breeze çimərliyinə giriş qiymətini təqdim edirik.

Belə ki, Həftənin hər gün Sea Breeze çimərliyinə giriş 30 manat və qolbağa görə depozit haqqı 5 manat təşkil edir. Qiymətə duş kabinindən, şezlonqdan və dəsmallardan istifadə daxildir. Qolbaq qaytarılan zaman depozit haqqı da qaytarılır.

Nar&Sharab Restaurant-da unudulmaz yay istirahəti üçün hər bir şərait mövcuddur.

Həftə ərzində qonaq gedərək, gümrahlıq və enerji ilə özünüzü təmin edə bilərsiz. Burada hovuza giriş qiymətləri isə aşağıdakı kimidir: Böyüklər üçün – 20 manat 6 yaşına qədər uşaqlar pulsuzdur. 6 yaşdan yuxarı - 20 manat təşkil edir. Qiymətə hovuz, uzanmaq üçün taxt və bağlı şkaf daxildir.

Excelsior Hotel & Spa - İki hovuzlu otel Heydər Əliyev Mərkəzindən 10 dəqiqəlik məsafədə yerləşir və gündüz vaxtı paytaxtın qonaqları ilə dolu olur.

Həftə sonları burada necə lazımdı dincəlmək və suya girmədən öncə masaja getmək, idmanla məşğul olmaq olar. Avropa menyusu və janr klassikası – burger və soyuq pivə olan restoran var. Qiymət: böyüklər üçün həftə içi – 20 manat, həftə sonları – 30 manat, 5 yaşadək uşaqlar hovuzda pulsuz çimirlər.

Çimərlik mövsümü ilə əlaqədar Tropicana Beach unudulmaz əyləncələri və endirimləri ilə xidmətinizdədir.

Belə ki, buraya giriş 10 manatdır. 10 yaşdan aşağı uşaqlara giriş 5 manatdır. 5 yaşdan aşağı uşaqlara isə pulsuzdur. Qiymətə çimərlik, hovuz, uşaq hovuzu və şezlonq daxildir. Həftənin 1-2-3-4-cü günləri isə 2 içki PULSUZDUR. Hətta hər gün 21:00-dan sonra əvəzolunmaz menumuza 50% ENDİRİM var.

Qızmar yay günlərində sərinləmək istəyənləri Aysberq Resort Hotel dəvət edir. Hotelin bu il üçün çimərlik və hovuz qiymətləri aşağıdakı kimidir.

Həftə içi - 10 AZN Həftə sonu - 15 AZN 5 yaşa qədər uşaqlara giriş pulsuzdur,5 yaşdan böyük uşaqlar üçün standart qiymət hesablanacaqdır. Qiymətə isə çimərlik, açıq hovuz, şezlonq və çətir daxildir.

Şıxovda yerləşən Mambo Beach club-a gəlin.

Qiymət cədvəli isə aşağıdakı kimidir və qiymətə hovuzdan, dənizdən istifadə, şezlonq, dəsmal, çətir daxildir. Həftə içi – 15 AZN Həftə sonu – 20 AZN

6 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur (hər 1 böyüklə 1 nəfər 6 yaşına qədər uşaq daxil ola bilər.)

Spring Hotel Novxani - istirahət mərkəzində həftə içi və həftə sonu qiymətlər.

Şəhərdən 40 dəqiqəlik məsafədə yerləşən otel-restoran kompleksi dərin və təmiz hovuz sevənləri sevindirəcək. İsti yay günlərinin gəlişi ilə burada qonaqlara qumlu çimərlik, sürüşkənli hovuz, geniş çətirlər açılır, sauna və hamam sevənlər isə heç günəşə çıxmadan dincələ bilərlər. Qiymət: böyüklər üçün həftə içi – 15 manat, həftə sonları – 20 manat , 6 yaşadək uşaqlar – pulsuz, 6 yaşdan yuxarı həftə içi – 10 manat, həftə sonu – 15 manat.

"Ramada Baku Hotel" çimərlik mövsümündə sizləri dəniz kənarında gözəl və rahat istirahətə dəvət edir.

Qiymətlər aşağıdakı kimidir: Həftə içi – 20 AZN Həftə sonu – 30 AZN 6 yaşadək uşaqlar üçün pulsuzdur ( 1 ailədən 1 uşaq).  Qiymətə çimərlik və hovuza giriş, şezlonq, soyunub-geyinmə otağı və dəsmal daxildir.

Pullman Baku - Oteldə akvapark, hovuz, idman zalı, sauna və SPA -mərkəz fəaliyyət göstərir.

Uşaqlar üçün xüsusi olaraq dərinliyi 50 sm olan hovuz hazırlanıb. Attraksion hissəsində isə üç sürüşkən var, ancaq yalnız 6 yaşdan yuxarı uşaqlar buradan istifadə edə bilərlər. Qiymətlər: böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün həftə içi – 30 manat, həftə sonları – 40 manat, 6 yaşa qədər  uşaqlar – pulsuz, 12-16 yaş həftə içi – 15 manat, həftə sonu – 20 manat

İsti yay günlərindən yorulmusunuz və son zamanlar baş verən hadisələr sizi sıxıbsa, Khazar Golden Beach Hotelə gələrək istiyə yox deyin və Yay Əyləncənizə dad qatın.

Belə ki, qonaqlar otelə həftə içi 20 AZN, həftə sonu – 30 AZN ödəməklə giriş edə bilərlər. Qiymətə isə hovuzdan və çimərlikdən istifadə, məhraba, staol, stul ( adam sayına uyğun), şezlong daxildir.

OXŞAR XƏBƏRLƏR