Yayı təmiz havada sevdiyiniz musiqilərlə keçirmək lazımdır.
Biz sizin üçün həm şam edə biləcəyiniz, həm də sevdiyiniz mahnılar dinləyə və rəqs edə biləcəyiniz açıq terrası olan restoranlar siyahısı hazırlamışıq.
Soul Kitchen
Ünvan: Məmməd Əmin Rəsulzadə küç.3
Soul Kitchen restoranının damı - romantiklər və qurmanlar üçün kiçik bir oazisdir. Burada əyləncəli və romantik abhava yaratmağı yaxşı bilirlər. Restoranın menyusu - Avropa və Asiya mətbəxlərinin qarışımıdır, hər gün 20:00-dan sonra isə istedadlı musiqiçilər çıxış edirlər.
Shore House
Ünvan: Nardaran qəsəbəsi
Nə etsək də, yayda bütün yollar dənizə aparır. Həftə sonlarını bağda keçirirsiniz və yemək bişirməyə heç həvəsiniz yoxdur? Sea Breezdə Shore House restoranı elə bu cür hadisələr üçün yaradılıb. Həftə sonları burada Twenty Five Band çıxış edir, ananasda soyuq kokteyllər və şirəli barbekyu verirlər.
PORT Wine & Grill
Ünvan: Dövlət Bayraq Meydanı
Cümədən bazar gününədək PORT Wine & Grilldə caz dinləyir, hamının sevdiyi hitləri oxuyur və dj setləri ilə əylənirlər. Buraya səs-küylü kompaniya ilə yay şərablarıla aperitivlər və ya portağallı aperollar üçün gəlin.
SAHİL
Ünvan: Neftçilər pr.34
Cümə günləri Sahildə əyləncəli və səmimi keçir. 20:00-dan burada tar və saksafon səsləri gəlir, mətbəxdə isə şirəli kabablar, ətirli saclar bişirir və qədəhlərə yerli soyuq şərab süzürlər.
Maya Mexican Restaurant & Bar
Ünvan: Dövlət Bayraq Meydanı
Orjinal bir şey axtarırsınız? Dostlarınızla Mayanın açıq terrasında toplanın, xırçıldayan naços, burrito və faxitos sifariş edin və kokteylləri də unutmayın. Hər həftə sonu restoranda müğənnilər və dj rezidentlər çıxış edirlər.
SeaBay
Ünvan: Şixov qəsəbəsi, Salyan şosesi 14 / B39
Axşamlar Seabay terrasında bir-iki soyuq kokteyl içmək, sevdikləriniz və dəyər verdiklərinizlə görüşmək olar. Həftə sonları isə burada sevdiyiniz musiqi hər zaman aktual hitləri dinləmək olar.
La Fontaine Cafe-Bar
Ünvan: İçərişəhər metrosu, Filarmoniya bağı
Kölgələrdə gizlənmiş La Fontaine kafesi isti günlərdə xilasedici sərinlik verir. Həftə sonları burada launc dinləmək, elektro setlərlə rəqs etmək və açıq terrasda ətirli qəlyan çəkmək olar.
EVDE Amburan Bar & Grill
Ünvan: Bilgəh qəsəbəsi, Amburan
Evdenin böyük və işıqlı terrasına sakit oturub, bir stəkan qəhvə, ədviyyəli limonad içmək və ya qızıl balıqlı pasta sifariş vermək üçün günün istənilən vaxtı gəlmək olar. Bazar axşamları burada ənənəvi olaraq Rilayanın mahnıları ilə keçir.
İce Terrace Cafe
Ünvan: Səməd Vurğun küç.77 (Zabitlər bağının içində)
Ağaclar, ocaqlar və işıqlı divarlar: dostları və qohumları İce Terrace Cafeyə şam yeməyinə toplayın. Burada terraslar geniş qazonlu, yumşaq kreslo və proyektorlu arxa bağçaya bənzəyir. Cümədən bazar gününə kimi kafedə musiqiçilər çıxış edir və axşama gözəl abhava qatırlar.
L'Avenu
Ünvan: Dövlət Bayraq Meydanı
Nəfis mətbəx, zəngin şərab xəritəsi və Xəzərə açılan gözəl mənzərə. L'Avenue-nun yaşıl verandasında nahara iş görüşləri təşkil etmək olar, ancaq səs-küylü dostlar kompaniyası və bir qədəh şərabla axşam keçirmək daha yaxşı olar. Cümə axşamı və bütün həftə sonları burada prosekko içmək və musiqilər dinləmək olar.
©bakuafisha.az