Bu ilin yanvar-iyul aylarında Gürcüstana Rusiyadan 890 min turist səfər edib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Məlumat və analitika şöbəsindən məlumat verilib. Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,9% çoxdur. O cümlədən iyulda rus turistlərinin qonşu ölkəyə axını illik müqayisədə 12,8% artaraq 247 min nəfər olub. Bu ay ərzində Gürcüstana səfər etmiş şəxslərin 22,8%-i deməkdir. Nəticədə son 12 ildə ruslar ilk dəfə ötən ay qonaq kimi ilk sıraya yüksəliblər.