İrana gedənlərin sayı 22 faiz artıb

İrana gedənlərin sayı 22 faiz artıb
Xəbərlər 10 Avqust 2018 10:26 224
İrana gedənlərin sayı 22 faiz artıb

 

Azərbaycanlıların ən çox hansı ökələrə getdiyi açıqlanıb. 

Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 2 milyon 19,8 min nəfər olub.

Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,7 faizi İrana, 21,2 faizi Rusiya Federasiyasına, 12,7 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Onların  68,8 faizi kişilər, 31,2 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,8 faiz, Gürcüstana gedənlərin sayı 0,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb.

OXŞAR XƏBƏRLƏR