Film, musiqi və aktiv idmanı sevənlər üçün ən maraqlı hadisələr:
Filmlər izləyirik:
10-11 avqust CinemaPlus Amburan Mallda film gecəsi keçiriləcək. Siz həm üç film: iki qorxu filmi «Мег: Монстр глубины» və «Зло» və bir komediya «Шпион, который меня кинул» izləyəcək, həm də musiqi dinləyəcəksiniz. 18 yaşdan yuxarı bütün tamaşaçılar biletləri saytda ala bilərlər.
Harada: CinemaPlus Amburan Mall
Nə vaxt: 10 avqust, 22:30 - 11 avqust, 07:00
Qiymət: 20-35 manat Ötən cümə fransızca film izləyə bilmədinizsə, 10 avqustda Azərbaycanda Fransız İnstitutunda «ADO Theatre – Collective»in aparıcı aktrisası Elza Furtado ilə birlikdə Antonin Peretyatkonun «Девушка 14 июля» komediyasını izləməyə gedin.
Harada: Azərbaycanda Fransız İnstitutu, Nizami küç.90A
Nə vaxt: 10 avqust, 19:30
Necə: Giriş sərbəstdir Heç cür Fellinini izləyə bilməyənlər üçün də məşğuliyyət var - 10 avqust ZİON hostel damında «8½» tragikomediyasını izləyəcəklər. Harada: ZİON hotsel, A.Quliyev küç.101 Nə vaxt: 10 avqust, 20:00-22:00 Qiymət: 7 manat (film və bir qədəh sanqriya)
Musiqi dinləyirik:
10 avqust Vinyldə Elvin Bəşirovun Nyu-York cazı ilə özünüzü NyuYorkda hiss edə bilərsiniz. Yerlər məhduddur, ona görə dostlarınız və özünüz üçün əvvəlcədən masa sifariş etməyi məsləhət görürük.
Harada: Vinyl, Marine Plaza
Nə vaxt: 10 avqust, 20:00-22:00
Qiymət: 10 manat (Giriş və içki) 10 avqust Port Wine & Grill-də spritz-kokteyllər içir, Süleymanbəyli qardaşlarından, Albina və DJ Timdən musiqilər dinləyirik. Masanı bu nömrədə sifariş etmək olar: +994 50 246 1414
Harada:
Port Wine & Grill, Dövlət Bayraq Meydanı
Nə vaxt:
10 avqust, 20:00 11 avqust açıq havada - Dənizkənarı Bulvarda musiqiyə qulaq asırıq. 20:00-da burada Meridian qrupu, 21:00-dan 23:00- dək isə DJ Javo çıxış edəcəklər.
Harada:
Ağ Şəhər Bulvarı Nə vaxt: 20:00-23:00
Necə: Giriş sərbəstdir
12 avqust dünyanı səyahət edən, maraqlı insanlarla tanış olan və öz səyahətləri haqda danışan Rosso Cenninqslə tanış oluruq. Harada: The Landmark Hotel Baku, Nizami küç.90A Nə vaxt: 12 avqust, 19:30-22:00
Təbiətə yollanırıq:
11 avqust güc yoqası ilə oyanır, Dübəndi çimərliyində voleybol oynayır və akva yoqa ilə məşğul oluruq. Mütləq qeydiyyat: burada.
Harada:
Yoha Shahi, Cəfər Cabbarlı küç.609
Nə vaxt:
11 avqust, 14:00-23:00
Qiymət: 35 manat 12 avqust Heydər Əliyev Mərkəzi parkında həndbol oynamağı öyrənirik. Həndbolu sizə kişi həndbol yığmasının baş məşqçisi Hikmət Abdullayev öyrədəcək.
Harada: Heydər Əliyev Mərkəzi parkı Nə vaxt: 12 avqust, 18:00 Qiymət: Giriş sərbəstdir 12 avqust dağlara gedirik: Baskal, Tağlabiyan, ZarnavaMüşkımir, Niyaldağa Camping Azerbaijan ilə birlikdə trekinqə gedirik (55manat). Backpack Baku ilə birlikfə Lahıc və Baskala gedirik (20 manat) Hiking Azerbaijan ilə birlikdə Fit dağı və Qırxotaq qalasını kəşf edirik (34 manat).