Turistlər təkərli evlə Azərbaycana gəlir

Turistlər təkərli evlə Azərbaycana gəlir
Xəbərlər 10 Avqust 2018 16:44 118
Turistlər təkərli evlə Azərbaycana gəlir

 

Rusiyadan olan ailə təkərli ev üzərində səyahətə çıxıblar.

Onlar ilk növbədə Azərbaycana, daha sonra Gürcüstan və Türkiyəyə səfər edəcəklər. Rusiya KİV xəbər verir ki, Həştərxan sakinləri Kseniyavə Andrey Şuşko monoton həyatdan imtina edib və şəxsi avtomobilləri ilə səfərə çıxmaq qərarına gəliblər.

Onlar səfərə azyaşlı oğullarını da götürüblər. Ötən il və bu il Şuşko ailəsi Asiyaya səfər edib, sonra Həştərxana geri qayıdıblar. Həştərxanlılar səfərlərdən yorulmayıb, geri qayıdaraq, təkərli ev düzəldiblər. 

Şuşko köhnə UAZ-452 avtomobili alıb və onun içərinə stol, çarpayı və digər lazımi avadanlıqlar yerləşdirib. 

@oxu.az

OXŞAR XƏBƏRLƏR