Seyyah.az-ın APA-ya istinadən məlumatına görə, Türkiyə mətbuatında təxirə salınan aviareyslər içərisində Bakıya olan uçuşlar da qeyd olunub.
“AZAL”ın xidmət rəisi Məhərrəm Səfərli isə bildirib ki, Türkiyədən Bakı istiqamətində olan aviareyslərin uçuş qrafikində heç bir dəyişiklik yoxdur və uçuşlar qrafikə uyğun yerinə yetirilir.
Şirkət rəsmisi yalnız İstanbuldan Gəncəyə həyata keçiriləcək aviareysin hava şəraiti ilə əlaqədar təxirə salındığını bildirib.