Oktyabrdan Tiflisə AZAL-la getmək olar

Oktyabrdan Tiflisə AZAL-la getmək olar
Xəbərlər 15 Avqust 2018 14:48 982
Oktyabrdan Tiflisə AZAL-la getmək olar

Oktyabrın 28-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcək.

Səyyah.az turizm portalının məlumatına görə "qafqazinfo" xəbər verir ki, AZAL aviaşirkətinin reysləri baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşlar yalnız “AZAL” QSC-nin struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçirilirdi.

“AZAL” aviaşirkətinin J2-223/J2-224 reysləri Airbus A319 / A320 tipli hava gəmiləri vasitəsilə həftənin çərşənbə axşamı və bazar günləri həyata keçiriləcəkdir. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

“AZAL” aviaşirkətinin “Klassik” reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaqdır.

Yeni reyslə Tbilisiyə uçuş qiyməti 150-500 manat arasındadır. Ekonom klass biletlər 150 manatdan, biznes klas  biletlərin qiyməti isə 510 manatdan başlayır.

 

OXŞAR XƏBƏRLƏR