Azərbaycanda turistlər üçün daha bir - MARAQLI ƏYLƏNCƏ

Azərbaycanda turistlər üçün daha bir - MARAQLI ƏYLƏNCƏ
Xəbərlər 17 Avqust 2018 10:35 555
Azərbaycanda turistlər üçün daha bir - MARAQLI ƏYLƏNCƏ

 

İqtisadiyyatın ən gəlirli sahələrindən biri də turizmdir.

Azərbaycan da bu sahənin inkişafda olduğu ölkələrdəndir. Hazırda Azərbaycanda ən çox turist qəbul edən rayonlardan biri Qəbələdir.

Son illər ərzində turizmin sürətlə inkişaf etdiyi Qəbələdə turistlər üçün bir çox şərait yaradılıb. Bu ilin qış aylarından isə Qəbələdə daha bir əyləncə və ekstrim növü olan paraplan uçuşları təşkil olunur. Qəbələnin havası və təbiət mənzərəsi buranı uçuşlar üçün əlverişli məkana çevirir.

FED.az xəbər verir ki, Qəbələdə uçuşlar üzrə təşkilatçı Aleksandr Makarov Trend-ə bildirib ki, uçuşlar Tufandağdan hər gün saat 10:00-dan başlayaraq həyata keçirilir. Uçuş müddəti 10-15 dəqiqədir.

A.Makarovun sözlərinə görə, uçuşlara həm yerli, həm də xarici turistlər maraq göstərir:

“Gün ərzində hava şəraitindən asılı olaraq 5-6 uçuş həyata keçiririk. Qiymətlərə gəldikdə, bir nəfər üçün uçuşun qiyməti 200 manatdır. Qiymətə kanat yolu və videoçəkiliş də daxildir. Hazırda endirim aksiyası var. Aksiyanın müddəti səhər saat 10:00-dan 12:00-a qədər davam edir. Bu vaxt ərzində bir uçuşun qiyməti 120 manat təşkil edir”.











OXŞAR XƏBƏRLƏR