Prezident İlham Əliyevin yeni təyyarəsi - Fotolar

Təyyarənin salonunda yemək və qonaq otağı, iki VİP yataq otağı və ona bitişik vanna otağı, ofis və iş kabineti yerləşir
Xəbərlər 3 Fevral 2014 00:00 1798
Prezident İlham Əliyevin yeni təyyarəsi - Fotolar

İsveçrənin "Jet Aviation Basel" şirkəti Azərbaycanın "birinci şəxsləri" üçün nəzərdə tutulmuş yeni "ACJ340-600" təyyarəsinin komplektləşdirilməsini başa çatdırıb. "Business Aviation News" nəşri xəbər verir ki, təyyarəni Azərbaycanın milli hava yolları şirkəti AZAL istismar edəcək. Təyyarə artıq "Jet Aviation Basel" şirkətinin komplektasiya mərkəzini tərk edib və rənglənmə işləri üçün İrlandiyanın paytaxtı Dublinə uçub. Gözlənilir ki, biznes-jet yeni sahibinə bir aydan sonra təhvil veriləcək.


Göyərtə nömrəsi 4K-A108 olan "ACJ340-600" təyyarəsi 2006-cı ilin aprelində istehsal edilib və Səudiyyə Ərəbistanının "Saad Air" biznes-operatoru tərəfindən istismar olunub. Bu şirkət Səudiyyə Ərəbistanının "Saad Group" maliyyə holdinqinin tərkibindədir. Şirkət təyyarəni 2008-ci ildə satışa çıxarılıb. Azərbaycanın onu nə vaxt aldığı məlum deyil, lakin bildirilir ki, təyyarənin alınmasına dair danışıqlar "AJW Capital Partners" şirkətinin fəal iştirakı ilə aparılıb. Təyyarənin alınmasına dair müqaviləni də bu şirkət bağlayıb.


Təyyarənin interyerinə dair detallar məlum deyil. "ACJ340-600" təyyarəsinin salonu 60 yerlikdir. Azərbaycan tərəfinin sifarişinə uyğun olaraq təyyarənin salonunda yemək və qonaq otağı, iki VİP yataq otağı və ona bitişik vanna otağı, ofis və iş kabineti yerləşir. Təyyarənin salonunun arxa hissəsində isə yüksək vəzifəli şəxslərin mühafizəçiləri üçün xüsusi kabinet var.

 

 

 

OXŞAR XƏBƏRLƏR