Səyahət ediləcək ƏN UCUZ ölkələr

Səyahət ediləcək ƏN UCUZ ölkələr
Xəbərlər 17 Avqust 2018 15:08 1649
Səyahət ediləcək ƏN UCUZ ölkələr

 

 

 

 

 

 

 

 

 

 

1. Ukrayna

Ukraynada gəzilib görülməli bir çox şəhər, edilməli bir çox fəaliyyət növü var. Kiyev, Lvov, Xarkov, Zaporojye, Odessa... Siz də münasib qiymətə istirahət etmək istəyirsinizsə, ucuz ölkələr arasında yer alan və Azərbaycana viza tətbiq etməyən Ukraynaya səyahət etməyi düşünə bilərsiniz. Xüsusilə də dostlarınızla birlikdə səfər ediləcək ən yaxşı yerlərdən biri olan Ukraynanın şəhərlərində olduqca ucuz qiymətə unudulmaz tətil keçirə bilərsiniz.

2. Albaniya

Ucuz olmasına baxmayaraq az sayda turistə ev sahibliyi edən Albaniyada sizi çox hüzurlu bir tətil gözləyir, üstəlik də viza tələb edilmədən. Bu ölkədə olarkən ucuz qiymətə maşın kirayə edib istirahətinizin dadını çıxarın.

3. Bolgarıstan

Bolqarıstanın tarixini, mədəniyyətini yaşayaraq görmək, özünüzü onun bir hissəsi kimi hiss etmək və həmçinin ucuz tətil istəyirsinizsə, bu destinasiya məhz sizin üçün nəzərdə tutulmuşdur. Bolqarıstana səfər etmək üçün ya aktiv şengen vizası, ya da Bolqarıstan milli vizası əldə etməlisiniz.

4. Serbiya

Azərbaycandan vizasız gedilən ölkələr sırasına yeni daxil olan Serbiya ziyarətçilərinin gözləntilərini doğruldan ölkələrdən biridir. Ucuz olması ilə yanaşı tarixi və mədəni zənginliyi ilə seçilən Serbiyada sosial həyat olduqca aktivdir. Serbiyanın paytaxtı və ən böyük şəhəri olan Belqradda istər hosteldə istərsə də otellərdə qalın, axtardığınız yerləşmə müəssisəsini müxtəlif axtarış sistemlərindən dərhal tapa bilərsiniz.

5. Makedoniya

Vizasız səfər edə biləcəyiniz Balkan ölkələrindən biri olan Makedoniya Respublikasında paytaxt Skopye ilə yanaşı Oxrid, Struqa, Mavrovo, Tetovo, Bitola, Resne, Gostivar və Galicnik kimi turistlərin marağına səbəb olacaq bir çox şəhərlər vardır.

6. Gürcüstan

Vizasız səfər edə biləcəyiniz Gürcüstanda möhtəşəm həftə sonu tətili keçirə bilərsiniz. İnsanı valeh edən təbiəti, qonaqpərvər insanları və ölkəmizə qonşu olması ilə Gürcüstan, ucuz tətil istəyənlər üçün çox doğru seçimdir.

7. Pakistan

İstirahət üçün dünyanın ən ucuz ölkələrindən biri də Pakistandır. Azərbaycandan viza tələb edən ölkələrin siyahında yer alan Pakistan xəttatlıq sənəti və ədəbiyyatın vurğunu olan insanların xüsusilə marağına səbəb olacaq.

8. Tayland

Kiçik adaları, mavi sahilləri və bu sahillər boyu uzanan nəhəng palma ağaclarını xəyal edin. Səfər etmək üçün viza tələb olunan Taylandda yerləşən hostellərdə çox münasib qiymətə, otellərdə isə nisbətən münasib qiymətə gecələyə bilərsiniz. Phuket və Phiphi adaları kimi məşhur destinasiyalardan uzaqlaşdıqca qiymətlər daha da aşağı düşür.

9. Hindistan

Heyranedici mədəniyyəti və izdihamlı küçələri ilə Hindistan hər kəsin həyatında mütləq bir dəfə görməli olduğu bir ölkədir. Xüsusilə də ucuz tətil axtarışında olanlar üçün mükəmməl destinasiyalardan biri olan Hindistana istirahət, gəzinti, müalicə, ezamiyyət məqsədi ilə getmək üçün onlayn formada viza ala bilərsiniz.

10. Şri – Lanka

Narın qumlar, bəmbəyaz buludlarla örtülmüş dağlar, şəlalələr, çay plantasiyaları və palma ağacları ilə Şri – Lanka sanki cənnəti xatırladır... Ölkənin ən böyük şəhəri olan Kolombonu ziyarət etməyi unutmayın. Ölkə əhalisinin turistləri xoş qarşılamaları və qonaqpərvər olmalarını da xüsusilə qeyd etməliyik.

@banco.az

OXŞAR XƏBƏRLƏR