Turistlər bu rayona axışır - HOTELLƏR 30-200 MANATDIR

Turistlər bu rayona axışır - HOTELLƏR 30-200 MANATDIR
Xəbərlər 18 Avqust 2018 11:32 1002
Turistlər bu rayona axışır - HOTELLƏR 30-200 MANATDIR

 

Respublikamızda sağlamlıq turizminin əsas mərkəzlərindən olan Naftalan şəhəri cari ilin 7 ayı ərzində dünyanın müxtəlif ölkələrindən 6 min 383 nəfər turist qəbul edib.

Naftalan Şəhər İcra Hakimiyyətindən FED.az-a bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1647 nəfər, yaxud 25,8 faiz çoxdur.

Nadir müalicəvi əhəmiyyətə malik Naftalan nefti əsasında sağlamlığını bərpa etmək istəyənlərin çoxu Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan gələnlər olub.

Hazırda şəhərdə fəaliyyət göstərən 3-ü beş ulduzlu olmaqla, 10 sanatoriya və müalicə mərkəzi 2 min 200 turisti qəbul edə bilir. Otellərdə qiymətlər xidmət səviyyəsindən və otaqların kateqoriyasından asılı olaraq 30-200 AZN arasında dəyişir.

OXŞAR XƏBƏRLƏR