İran hökuməti xarici turistləri ölkəyə cəlb etmək və onları sanksiyalardan qorumaq üçün maraqlı üsul tapıb.
Səyyah.az turizm portalı xəbər verir ki, bu ölkəyə gedən xarici vətəndaşlaın pasportuna giriş-çıxış möhürü vurulmayacaq. Bu addım ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan irəli gəlir və turistləri onun mənfi təsirindən qorumaq məqsədi daşıyır. Xatırladaq ki, hazırda qüvvəyə olan praktikaya əsasən, bəzi ölkələr, xüsusilə də ABŞ və İsrail randa səfərdə olan turistlərə viza verməkdə çətinlik yaradırlar. Həmin şəxslərin İranda olduğunu isə onların pasportundakı İrana giriş-çıxış möhürü göstərir.
Nəticədə bəzi turistlər Qərb dünyasında səyahət şanslarını azaltmamaq üçün İrana səyahət etməkdən ehtiyat edirlər. İndi isə İran tərəfi möhürdən imtina etməklə bu problemi həll etmək istəyir.
Artıq İranın Xarici İşlər nazirliyi və Sənaye və Ticarət Nazirliyi bu təşəbbüsu bəyənib. Müvafiq qanun layihəsi tezliklə nazirlər şurasında baxılacaq.