Gürcüstan bu ilin yanvar-iyul aylarında turizmdən 1,7 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib.
Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb. Məlumata görə, 7 ay ərzində Gürcüstana 4,6 mln. nəfər səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur. Gürcüstana ən çox turist Azərbaycandan (1 il əvvələ nisbətən 10,4% çox), Rusiyadan (24,1% çox) və Türkiyədən (20,4% çox) gəlib.