İstanbul-Bakı reysi təxirə salınıb

İstanbuldan saat 13:20-də icra edilməli olan reys təxirə salınıb.
Xəbərlər 18 Fevral 2015 00:00 787
İstanbul-Bakı reysi təxirə salınıb

"Türk Hava Yolları" güclü qar yağması səbəbilə İstanbul-Bakı aviareysini təxirə salıb. Seyyah.az "Trend"-ə istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib. Hava limanından verilən məlumata görə, İstanbuldan saat 13:20-də icra edilməli olan reys təxirə salınıb. Həmin reyslə uçmalı olan sərnişinlər isə saat 19:40-da Bakıya başqa təyyarə ilə gələcəklər. Hələlik axşam reysinin ləğv edilməsi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, "Türk Hava Yolları" fevralın 18-19-na planlaşdırılan daxili reysləri təxirə salmaqda davam edir. Ləğv olunan reyslərin sayı 334-ə çatıb. Hazırda İstanbul aeroportlarına enməli olan təyyarələr Türkiyənin digər şəhərlərindəki hava limanlarına göndərilir.

OXŞAR XƏBƏRLƏR