ABŞ ştatı buraya köçənlərə 10 min dollar hədiyyə edəcək

ABŞ ştatı buraya köçənlərə 10 min dollar hədiyyə edəcək
Xəbərlər 24 Avqust 2018 14:01 1422
ABŞ ştatı buraya köçənlərə 10 min dollar hədiyyə edəcək

2019-cu ildən başlayaraq ABŞ-ın Vermont ştatı buraya köçərək məsafədən işləyənlərə ildə 10 min dollar ödəyəcək.

Bu barədə qərarı ştatın rəhbərliyi əraziyə yeni sakinləri cəlb etmək üçün qəbul edib. Ştat rəhbərliyi məsafədən işləyən frilanserlərə 2 il ərzində ildə 10 min dollar ödəyəcəyini bəyan edib.

Ştat rəhbərliyinin fikrincə, bu məbləğ frilanserlər üçün köçmək, kovorkinq və kompüter, internet xərclərini ödəməyə kifayət edəcək. «Quartz at Work» xəbər verir ki, ştatın qubernatoru Fil Skott yenilik haqqında əmri artıq imzalayıb və bu ödənişlərə artıq 2019-cu ildən başlanacaq.

Xatırladaq ki, ABŞ-ın şimal-şərqində yerləşən Vermont ştatı gözəl peyzajları, dağ-xizək yamacları və sürətlə kiçilməkdə olan vergi bazası ilə tanınır.  Ştatda əsas problem əhalinin qocalmasıdır. Vermontda əhalinin qocalma sürəti ölkə üzrə orta göstəricini iki dəfə üstələyir. Nəticədə, ştat rəhbərliyi gənc və işləyən şəxsləri buraya cəlb etmək üçün yaradacı addımlar atmağa məcbur olublar.

Bu yeniliklə eyni vaxtda ştatda başqa bir kampaniya da başlanıb. «İstirahət günlərindən sonra da qal» devizi ilə aparılan kampaniyanın məqsədi, Vermontu hər həftəsonu ziyarət edən 13 milyon turisti bu ştatda yaşamağa dəvət etməkdir. Kampaniya zamanı buraya köçmək istəyən turistlər ştatda gəzməyə gələrkən buradakı işəgötürənlər, iş adamları və rieltorlarla görüşə bilərlər.

OXŞAR XƏBƏRLƏR