İstanbulda görülməmiş böhran: 6 mindən çox sərnişin otellərə yerləşdirildi

İstanbula yağan güclü qarın hava nəqliyyatına da mənfi təsiri davam edir.
Xəbərlər 19 Fevral 2015 00:00 627
İstanbulda görülməmiş böhran: 6 mindən çox sərnişin otellərə yerləşdirildi
Seyyah.az Modern.az-a istinadən xəbər verir ki, dünən Türkiyə Hava Yolları (THY) uzun mənzilli və Avropanın uzaq nöqtələri istisna olmaqla bütün daxili və xarici səfərlərini ləğv etdiyini bildirib. Türk Hava Yollarının əlverişsiz hava şərtləri səbəbi ilə ləğv etdiyi reysin sayı hər keçən dəqiqə artarkən Atatürk Hava Limanında enişin aparılmaması səbəbindən sərnişinlərin qeydiyyat əməliyyatları dayandırılıb.
 
Dünən gün boyu baş verən imtinalar sonrası, hava limanda uzun müddət gözləmək məcburiyyətində qalan sərnişinlər biletlərini ləğv etdirmək və otelə girmək üçün metrlərlə növbə yaradıb. Bundan başqa, THY bu ana qədər 6 min 500 sərnişinini müxtəlif otellərdə yerləşdirib.
OXŞAR XƏBƏRLƏR