Bakı aeroportunda qalanlar hotelə yerləşdiriləcək

Hava şəraiti ilə əlaqədar olaraq reysləri təxirə salınmış sərnişinlər Heydər Əliyev Hava limanında lazımi qayğı ilə əhatə olunacaqlar.
Xəbərlər 19 Fevral 2015 00:00 1630
Bakı aeroportunda qalanlar hotelə yerləşdiriləcək

Seyyah.az-ın "Fins.az"-a istinadən məlumatına görə, bu barədə «Azərbaycan Hava Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib. Onun sözlərinə görə, Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakıdan İstanbula bir neçə təyyarə reysi təxirə salınıb.

Təyyarələrin nə vaxt yola düşəcəyi hələlik məluma deyil – Bakı Hava Limannıdan fins.az-a bildirilib ki, bu İstanbul hava limanındakı hava şəraitindən asılı olacaq. Hələliksə, hava şəraiti ilə əlaqədar olaraq aeroportda qalmalı olan sərnişinlər AZAL-ın qayğısına ümid edə bilərlər.

Məhərrəm Səfərlinin sözlərinə görə, reysin təxirə salınması ilə əlaqədar olaraq aeroportda 8 saaatdan artıq vaxt keçirməli olan sərnişinlərə lazımi şərait yaradılacaq, o cümlədən belə sərnişinlər Hava Limanının ərazisindəki «Sheraton» hotelində yerləşdiriləcək.

OXŞAR XƏBƏRLƏR