“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları bərpa edir

“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları bərpa edir
Xəbərlər 31 Avqust 2018 17:31 719
“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları bərpa edir

Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları" aviaşirkəti 6 sentyabr 2018-ci il tarixindən etibarən İstanbulun Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşları bərpa edir.

   “Türk Hava Yolları” aviaşirkəti sözügedən hava limanına uçuşları 2015-ci ilin martın 15-də başlamış və 2016-cı ilin payızında dayandırmışdır. 

   Şirkətin Bakı nümayəndəliyinin məlumatına görə, İstanbul Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşlar həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Bakıya uçuşlar həftənin IV, VI və VII günləri saat 21:15-də, Bakıdan İstanbula isə həftənin I, V və VII günləri saat 03:55-də həyata keçiriləcək. Qeyd edək ki, hazırda “Türk Hava Yolları” aviaşirkəti İstanbuldan Bakıya həftədə 4 reys üzrə uçuşlar yerinə yetirir. Sabiha Gökçen hava limanına uçuşların bərpa edilməsi ilə uçuşlarının sayı beşə çatdırılacaq.

OXŞAR XƏBƏRLƏR