Azərbaycana və əks istiqamətdə uçuşların qiyməti ucuzlaşdırıldı

Azərbaycana və əks istiqamətdə uçuşların qiyməti ucuzlaşdırıldı
Xəbərlər 3 Sentyabr 2018 11:15 678
Azərbaycana və əks istiqamətdə uçuşların qiyməti ucuzlaşdırıldı

"Etihad Airways" aviaşirkəti Azərbaycan, Bəhreyn, Misir, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Küveyt, eləcə də bu ölkələrdən olan uçuşlara qiymətləri azaldır.

Şirkətin yeni qiymət siyasəti əlavə baqajsız uçanlara şamil ediləcək. Belə ki, sərnişinlər özləri ilə 7 kiloqram çəkidə əl baqajı götürə bilərlər, əlavə baqaj üçün isə ödəniş edilməlidir.

Bildirilir ki, "Etihad Airways" siyasətini ötənilki zərər fonunda dəyişir.

Qeyd edək ki, 2017-ci ildə şirkətin zərəri 1,52 milyard dollar təşkil edib.

Mənbə: Trend

 

OXŞAR XƏBƏRLƏR