Avropanın ən ucuz mənzil təklif edən şəhərləri hansılardır?

Avropanın ən ucuz mənzil təklif edən şəhərləri hansılardır?
Xəbərlər 3 Sentyabr 2018 12:15 476
Avropanın ən ucuz mənzil təklif edən şəhərləri hansılardır?

“Airbnb” saytı turistlər üçün ən ucuz mənzil təklif edən Avropa şəhərlərinin siyahısını hazırlayıb.

Ucuzluğuna görə birinci yerdə Tiflis gəlir. İkinci yerdə Belqrad, üçüncü yerdə isə İstanbul qərarlaşıb.

Beləliklə, ən ucuz mənzil təklif edən 10 Avropa şəhəri bunlardır:

  1. Tiflis, Gürcüstan – 30 dollar;
  2. Belqrad, Serbiya – 33 dollar;
  3. İstanbul, Türkiyə – 33 dollar;
  4. Selaniki, Yunanıstan – 34 dollar;
  5. Sofiya, Bolqarıstan – 34 dollar;
  6. Buxarest, Rumıniya – 34 dollar;
  7. Sankt-Peterburq, Rusiya – 35 dollar;
  8. Kiyev, Ukrayna – 35 dollar;
  9. Zaqreb, Xorvatiya – 39 dollar;
  10. Varşava, Polşa – 39 dollar.

Biraz da “Airbnb” haqqında:

http://www.airbnb.com saytından qeydiyyatdan keçməklə siz, gedəcəyiniz şəhərdə ucuz qiymətə ev, otaq kirayələyə bilərsiniz.

Əslində “Airbnb” çarəsizlikdən yaranan biznesdir. Evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır.

Sayt San Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Chesky ve Joe Gebbia otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar. Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. 2008-ci ildəairbedandbreakfast.com belə yarandı. Bir müddət sonra saytın adı airbnb oldu. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir.

Mənbə: Seyahetchi

 

OXŞAR XƏBƏRLƏR