Payızda harada istirahət etməli?

Payızda harada istirahət etməli?
Xəbərlər 3 Sentyabr 2018 13:13 855
Payızda harada istirahət etməli?

Çimərlik istirahətinin həvəskarları üçün  payız öz universallığı ilə çox yaxşıdır.  Xaricdə həm  yaxşı havanın hökm sürdüyü sevimli Avropa kurortlarında istirahət etmək olar, həm də nə isə ekzotik bir şeyi sınaqdan keçirmək olar – Asiya kurortlarında payızda hər şey hələ yeni başlayır.  

MONTONEQRO

Milli parkların zövq oxşayan yaşıllığı, lacivərd Adriatik dənizi və qrildə qızardılan təzə tutulmuş balıq  –  Montoneqroda gözləriniz qarşısından bu cür mənzərə açılacaqdır. İsti dəniz, Montoneqro şərabı, insanı gəzməyə çağıran qədim şəhərlərin daş döşənmiş küçələri.  Yeri gəlmişkən, Xorvatiya  sahil qonşusundan heç də geri qalmır.

YUNANISTAN

Qədim əfsanələr, Olimp allahları və dünyada ən böyük zeytun bağlarının ölkəsi sizi isti dəniz və meyvə bolluğu ilə mükafatlandıracaqdır.  Xaldikid adasında ayın sonunda artıq soyuq ola bilər, lakin Peloponnes və digər adalar –  sentyabr ayına təsadüf edən məzuniyyət üçün əla yerdir.

Payızda istirahəti Kritdə –  Yunanıstanın ən cənub adasında  keçirmək xüsusilə yaxşıdır. Daha dəqiq desək,  Yunanıstanın ən cənub nöqtəsi –  Krit yaxınlığındakı Qavdos adasında. Əfsanəyə görə məhz burada Kalipsa gəmisi batan Odisseyə sığınacaq vermişdir.

İSPANİYA

İspaniya ilin istənilən fəslində  gözəldir, lakin siz  məhz dənizə və məhz İspaniyaya getmək istəyirsinizsə, bu zaman Kanar adalarını nəzərdən keçirin.

Materik hissəsində səs-küylü gəzinti yerlərinin paytaxt olduğu Benidorm ilə  Costa Blanca ən isti sahil hesab olunur –  çimərlik mövsümü burada  aprelin sonu başlayır, noyabr ayında isə başa çatır.

    

KİPR

Kipr –  Aralıq dənizinin ən günəşli adasıdır. Burada ildə 320 gün günəş şəfəq saçır! Buna nə isə əlavə etməyə ehtiyac varmı?  Əlbəttə, var! Kipr – qədim daş şəhərlər, mənzərəli pravoslav kilsələri, “məzə” adlandırılan ləzzətli yerli qəlyanaltı və çox sayda əyləncədir.

HİNDİSTAN

Oktyabrın sonu – əgər siz xüsusilə də dənizə getməyi qarşınıza məqsəd qoymuşsunuzsa, Hindistana getmək üçün səfər çantalarını toplamaq vaxtıdır. Qoa və Keralda + 32 dərəcə gündüz istisi  + 26 mülayim axşam sərinliyi ilə əvəz olunur.  Bəli-bəli,  + 26 Hindistanda  sizə sərin görünəcəkdir, buna heç bir şübhəniz olmasın! Bu cür temperatur təzadı sizin gündüz dənizə girmək və qaralmaq, axşam isə gəzmək və əylənmək istəyinizlə çox gözəl üst-üstə düşəcək.

VYETNAM

Payızda Asiyaya, Vyetnamın sahillərini yuyan Cənub-Çin dənizinin sahillərinə xoş gəlmişsiniz.  Əgər sentyabrda hələ yağışların olması mümkündürsə, payızın  ortalarına hava tənzimlənir –  əgər yağış çiləsə də, bu yarım saatdan çox çəkmir, havanın temperaturu  isə +30 dərəcəyə qədər qızır

TAİLAND

Tailand – hər şeyin sizin üçün yenidən başlayacağı ölkədir. Bağlar yenidən çiçək açacaq, quşlar cəh-cəh vuracaq, günəş şəfəq saçacaqdır. Axı bizdə payız başlayarkən, o sahildə yaz başlayır.  Tailanda səyahəti noyabra yaxın planlaşdırın –  və bu ölkə sizi isti dəniz, bürünc qaralma və bir sıra əsl ekzotik təəssüratlarla mükafatlandıracaqdır

Mənbə: Triponline

OXŞAR XƏBƏRLƏR