Gürcüstana Azərbaycandan səfərlər edənlər - 11% ARTIB

Gürcüstana Azərbaycandan səfərlər edənlər - 11% ARTIB
Xəbərlər 4 Sentyabr 2018 14:16 322
Gürcüstana Azərbaycandan səfərlər edənlər - 11% ARTIB

Bu ilin yanvar-avqust aylarında Gürcüstana 5 milyon 895 min 914 nəfər əcnəbi ziyarətçi səfər edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə səfər edən əcnəbilərin sayında 12,2% artım qeydə alınıb.

Təkcə avqust ayında isə Gürcüstana 1 milyon 294 min 926 beynəlxalq ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 9,8% çoxdur.

Cari ilin ilk 8 ayında qonşu ölkəyə ən çox Azərbaycandan (+11%), Rusiyadan (+22%), Ermənistandan (+0,3%) və Türkiyədən (+21,1) səfər edənlərin sayı artıb.

Avqust ayında isə Gürcüstana səfər etmiş turistlər arasında Rusiya (+15,8%), Azərbaycan (+13,3%), Ermənistan (-5,7%) və Türkiyə (+24,4) vətəndaşları çoxluq təşkil edib.

G. Çoqovadze həmçinin bildirib ki, Gürcüstan 2018-ci ilin birinci yarısında xarici turizmdən 1,361 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib: “Bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 28,9% və yaxud 305 mln. dollar çoxdur”.

Qeyd edək ki, Gürcüstana bu ilin sonuna qədər 8,5 mln. əcnəbi ziyarətçinin səfər edəcəyi gözlənilir. Ölkənin xarici turizmdən əldə edəcəyi gəlirin isə 3 mlrd. dollardan çox olacağı proqnozlaşdırılır. 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR