Türkiyədə beynəlxalq qastronomiya festivalı keçiriləcək

Türkiyədə beynəlxalq qastronomiya festivalı keçiriləcək
Xəbərlər 5 Sentyabr 2018 12:47 427
Türkiyədə beynəlxalq qastronomiya festivalı keçiriləcək

Sentyabrın 20-22-də Türkiyənin Qaziantəp şəhərində Qaziantəp Beynəlxalq Qastronomiya Festivalı keçiriləcək.

Seyyah.az Anadolu agentliyinə istinadla xəbər verir ki, festivalda 40 ölkədən 41 tanınmış mütəxəssis iştirak edəcək. Festival çərçivəsində iştirakçı dövlətlərin mətbəxi ilə yanaşı, Qaziantəpin zəngin mətbəxi və sahib olduğu mədəni irsi təqdim ediləcək.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Səyahət Agentlikləri Birliyi və (TURSAB) Türk Hava Yolları (THY) təşkilatlarının dəstəyi ilə keçiriləcək festival yerli və xarici səyyahları da qəbul edəcək. Türkiyənin turist şəhəri kimi tanınan Qaziantəpə festival öncəsi çoxsaylı turistlərin gələcəyi də gözlənilir.

Qeyd edək ki, 2016-cı ildə yerli və xarici olmaqla 700 min insanın ziyarət etdiyi Qaziantəp, 2017-ci ildə yarım milyon turist qəbul edib. Bu ilin ilk 6 ayında da şəhərin qarşıladığı turistlərin sayı 800 minə çatıb. 2019-cu ilə qədər şəhərə gələcək turistlərin sayının ümumilikdə təxminən 2 milyona çatdırılması gözlənilir.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR